Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb

Lənkəranda keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb
7 iyun 2019
# 09:59

Mədəniyyət Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı çərçivəsində Lənkəran Dövlət Dram Teatrının binasında keçirilən Beynəlxalq Teatr Festivalı başa çatıb.

Kulis.az xəbər verir ki, Beynəlxalq Teatr Festivalının beşinci - sonuncu günü tamaşaçılara üç səhnə əsəri təqdim olunub.

İlkin olaraq səhnəyə Ərdəbil şəhərinin “Ünvan” Teatrının aktyorları çıxıblar. Onlar tamaşaçılara “Qızıl başmaq” tamaşasını təqdim ediblər. Əli Bəhnunun əsəri əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru Həsən Şıxzadədir.

İran İslam Respublikasının Ərdəbil şəhərinin “Ünvan” Teatrı 2012-ci ildən fəaliyyət göstərir. Teatrın repertuarında İran və dünya klassiklərinin əsərləri yer alır. “Ünvan” uşaqlar və gənclər üçün tamaşalar hazırlayır. “Qızıl başmaq” tamaşası İranda keçirilən bir sıra beynəlxalq teatr festivallarında nümayiş etdirilib.

Beynəlxalq Teatr Festivalının sonuncu günü Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları ərəb nağılları əsasında səhnəyə qoyulmuş “Əlibaba və qırx quldur” tamaşasını təqdim ediblər.

Klassik nağıl-tamaşaya Şuşa teatrının baş rejissoru, Əməkdar artist Loğman Kərimov quruluş verib, səhnə tərtibatçısı Valeh Məmmədovdur. Birhissəli nağıl-tamaşada rolları Emin Sevdimalıyev (Əlibaba), Gündüz Qasımov (Qasım), Zəhra Salayeva (Zeynəb), Günel İmanova (Fatimə) və başqaları canlandırıblar.

Tamaşada böyük qardaş Qasımın Əlibabaya qarşı xəsisliyi, hiyləgərliyi önə çəkilməklə pul, varlanmaq həvəsinin doğmalıq, yaxınlıq hislərinin önünə keçdikdə hansı acı nəticələrə gətirə biləcəyi göstərilir. Əlibabanın zəhmətsevərliyi, dürüstlüyü, ədalət hissi sayəsində əsl qəhrəmana çevrilməsi məntiqi nəticəsini tapır.

Qardaşının meşədə odun doğramaq üçün istədiyi baltanı belə ona satan, hətta 3-4 qat artıq pulunu alacağını deyən tamahkar Qasımın başına gələnlər də ibrətamizdir. Hiyləyə əl atan və tamahkarlığı üzündən quldurların əlinə düşən Qasımın yenə də qardaşı tərəfindən xilas edilməsi Əlibabanın xilaskar və mərhəmətli obrazını təsvir edir.

Festivalın son tamaşasını Salyan Dövlət Kukla Teatrı təqdim edib. Teatrın aktyorları tamaşaçıların qarşısına Azərbaycan xalq nağılı əsasında hazırladıqları “Bostançı və Şah Abbas” tamaşası ilə çıxıblar.

Səhnə əsərində haqq-ədalət adil Şah Abbasın timsalında, tamahkarlıq və paxıllıq kimi mənfi hisslər şahın vəziri Allahverdinin obrazında təcəssüm olunub. Tamaşanın quruluşçu rejissoru Rauf Afşarov, rəssamı Xatirə Avşarovadır.

Daha sonra Beynəlxalq Teatr Festivalının bağlanış mərasimi keçirilib.

Mərasimdə çıxış edən Lənkəran Dövlət Dram Teatrının direktoru Tofiq Heydərov, teatrın aparıcı səhnə ustası, Xalq artisti Qabil Quliyev və Mədəniyyət Nazirliyinin nümayəndəsi Könül Əliyeva-Cəfərova 5 gün ərzində festivalın tamaşaçılara xoş anlar yaşatdığını qeyd edərək, təşkilatçılara minnətdarıqlarını bildiriblər.

Beynəlxalq Teatr Festivalının sonuncu günü çıxış edən teatr kollektivlərinə Mədəniyyət Nazirliyinin diplomları təqdim olunub.

# 3019 dəfə oxunub

Oxşar xəbərlər

Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açıldı

Məryəm Ələkbərlinin xatirəsinə həsr olunmuş sərgi açıldı

18:40 16 fevral 2026
Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

Parisi lərzəyə salan qalmaqallı izdivac - Tolstoyun "Peyğəmbər" dediyi yazıçı kim idi?

18:02 16 fevral 2026
Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

Azərbaycan Dövlət Uşaq Filarmoniyası: 2025-ci ildəki mədəniyyət yolçuluğu

17:00 16 fevral 2026
"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

"Dul qadınım olmaq şərəfini bəxş edərsənmi?" - Şotlandiyalı yazıçının ölümqabağı qeyri-adi evlilik təklifi

17:00 16 fevral 2026
Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

Qori Seminariyasından ADA Universitetinə: Maarifçilik ideologiya kimi

16:30 16 fevral 2026
Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

Prodüserlər Gildiyası nüfuzlu beynəlxalq tədbirdə ilk dəfə rəsmi üzv statusunda

16:23 16 fevral 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər