“Yoqa və düşüncənin gücü” adlı kitabın təqdimatı keçirilib

“Yoqa və düşüncənin gücü” adlı kitabın təqdimatı keçirilib
28 may 2019
# 10:02

Bakı Kitab Mərkəzində hindistanlı guru, mistik və yoq Svami Şivanandanın Azərbaycan dilinə tərcümə olunmuş “Yoqa və düşüncənin gücü” adlı kitabının təqdimatı keçirilib.

Layihənin təşəbbüskarı, ideya müəllifi və ön sözün müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır.

Tədbiri Bakı Kitab Mərkəzinin direktoru Günel Rzayeva açaraq kitabın əhəmiyyəti haqqında danışıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın da iştirak etdiyi mərasimin aparıcısı Əməkdar artist Nərgiz Cəlilova çıxışçıları qonaqlara təqdim edib.

Tədbirdə çıxış edənlər - M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının Psixologiya fakültəsinin dekan müavini, Respublika Humanist Pedaqogika Mərkəzinin rəhbəri Riza Xəlilov, Hindistanın Azərbaycandakı səfiri Bavitlunq Vanlalvavna, ənənəvi Svami Şivananda Yoqa Məktəbinin nümayəndəsi Elçin Quliyev yoqa fəlsəfəsindən, faydasından, yoqa ilə məşğul olan insanın qidalanmasından, düzgün həyat tərzindən, yoqanın xəstəlikləri müalicə etmək metodlarından danışıblar.

Təqdimatın bədii hissəsində müğənni Rinat Alimov sanskritcə mantra (dua) ifa edib. Rəqqasə Səidə Əliyevanın ifasında hind rəqsləri, Elçin Quliyevin tələbələrinin ifasında yoqa və nəfəs hərəkətləri təqdim olunub.

Svami Şivananda İlahi Yaşam Cəmiyyətinin banisidir. O, yoqa və vedanta təliminin təbliğatçısı və mənəvi ustadıdır. Oxuculara təqdim edilən “Yoqa və düşüncənin gücü” adlı kitab yoqa fəlsəfəsi və təcrübəsinin müxtəlif aspektlərini əks etdirir. Bu kitab dünyanın bir çox dillərinə tərcümə olunub və mənəvi irs tarixində nüfuzlu yer tutur. Kitabda oxucular yoqanın faydaları, yoqa pəhrizi, şüurun idarə olunması, müxtəlifliyi, düşüncənin idarə edilməsinin pozitiv metodları, düşüncə gücünün əhəmiyyəti, müxtəlifliyi, inkişaf dinamikası və tətbiqi kimi mövzularla tanış ola biləcəklər.

Yoqa adətən min illər öncə yaranan və kökü Hindistan fəlsəfəsinə dayanan əbədi ənənə kimi qəbul edilir. Yoqa ilə məşğul olan insanın tədricən qidalanma rejimi müsbət tərəfə doğru dəyişir. Yoqa insana düzgün həyat tərzi və standartları aşılayır. /azertag.az/

# 2651 dəfə oxunub

Oxşar xəbərlər

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

Postmodern jest və mifoloji yaddaşın sintezi – çağdaş İran poeziyasının parlaq imzası

14:00 24 fevral 2026
"Met Gala 2026"in mövzusu açıqlandı

"Met Gala 2026"in mövzusu açıqlandı

13:40 24 fevral 2026
Məşhur aktyor intihar etdi

Məşhur aktyor intihar etdi

12:36 24 fevral 2026
Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

Abdulla Şaiqin 145 illiyi münasibətilə sərgi açıldı

12:20 24 fevral 2026
2026-cı ilin mədəniyyət mərkəzi haradır?

2026-cı ilin mədəniyyət mərkəzi haradır?

11:40 24 fevral 2026
Salsa əfsanəsi vəfat etdi

Salsa əfsanəsi vəfat etdi

11:20 24 fevral 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər