Millət vəkilləri və yazarlar Murad Köhnəqala ilə bağlı Prezidentə müraciət ediblər.
Kulis.azın verdiyi xəbərə görə, bir qrup millət vəkili, alim və yazar bu il 60 yaşını qeyd etməyə hazırlaşan, tanınmış şair Murad Köhnəqalanın mənzil probleminin həlli üçün ölkə başçısı İlham Əliyevə və I Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət imzalayıb.
Müraciətdə uzun illərdir işsiz olan və kirayədə yaşayan şair Murad Köhnəqalanın ağır maddi-sosial durumunu nəzərə alaraq, onun dövlət hesabına mənzillə təmin olunması xahiş olunur.
Müraciətin mətnini olduğu kimi təqdim edirik:
Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevə
Surəti I Vitse Prezident Mehriban xanım Əliyevaya
bir qrup millət vəkili, alim, yazardan
MÜRACİƏT
Möhtərəm cənab Prezident İlham Əliyev!
Şair-publisist Murad Köhnəqala haqqında bu məktubu Sizə ünvanlayanda ədəbiyyat və incəsənət adamlarına böyük diqqətinizə güvənir, xahişimizə etinasız yanaşmayacağınıza ümid bəsləyirik.
Nəzərinizə çatdıraq ki, Murad Köhnəqala müstəqillik dövrü şeirimizin formaca yeniləşməsi və məzmunca dərinləşməsində, dünya poeziyasına məxsus ən qabaqcıl xüsusiyyətlərlə zənginləşməsində əvəzsiz xidmətləri olan bir neçə qələm sahibindən biridir. Onun yaradıcılıq potensialı hələ sovet dövründə Azərbaycan Yazıçılar Birliyi rəhbərliyinin diqqətini cəlb edib və o, M.Qorki adına Ədəbiyyat İnstitutunda təhsil almaq üçün Moskvaya göndərilib. Moskvada təhsilini başa vurduqdan sonra vətənə qayıdan şair müxtəlif mətbuat orqanlarında çalışaraq yeni ədəbiyyatla yanaşı azad milli mətbuatın da formalaşmasında müstəsna rol oynayıb.
M.Köhnəqala bu il 60 yaşını qeyd etməyə hazırlaşır. O, neçə-neçə şeir və nəsr kitabının, yüzlərlə publisistik məqalənin müəllifi, onlarla gənc yazarın "ustad” dediyi yetkin qələm sahibidir. İstedadlı şairin əsərləri müxəlif dillərə tərcümə olunaraq bir sıra Avropa və keşmiç MDB ölkələrinin mətbuat orqanlarında dərc olunub. Lakin ədəbiyyatımız və mətbuatımızın gəlişməsində bu qədər xidmətləri olan bir şəxs neçə illərdən bəri işsiz olmaqla yanaşı, təəssüf ki, həm də kirayə mənzildə yaşayır. Ailə-uşaq sahibi olan bir qələm adamının evsiz, üstəlik də işsiz olmasının nə qədər çətin olduğunu geniş vurğulamağa, yəqin ki, ehtiyac yoxdur. Əgər şairə dövlət tərəfindən kömək göstərilməsə, onun öz mənzil problemini nə vaxtsa öz gücü ilə həll edəcəyini düşünmək çətindir.
Möhtərəm cənab Prezident!
Biz aşağıda imza edənlər ədəbiyyat və mətbuatımız qarşısındakı xidmətlərini, 60 illik yubileyinin yaxınlaşdığını, çətin maddi durumda yaşadığını nəzərə alıb şair-publisist Murad Köhnəqalaya fərdi mənzil verilməsinə kömək etmənizi xahiş edir, göstərəcəyiniz dəstəyə görə bütün ədəbiyyat və ümumən ictimaiyyət nümayəndələri adından Sizə əvvəlcədən sonsuz minnətdarlığımızı bildiririk.
Sabir Rüstəmnxanlı - Xalq Şairi
Aqil Abbas- Millət vəkili, Əməkdar Jurnalist, yazıçı
Adil Əliyev- Millət vəkili, Azərbaycan Kikboksinq Federasiyasının sədri
Fazil Mustafa - Millət vəkili, tarixçi-publisist
Qənirə Paşayeva- Millət vəkili, şair-publisist
Tahir Talıblı - şair-publisist, Əməkdar jurnalist, Azərbaycan Radiosu Xalq Yaradıclığı şöbəsinin baş redaktoru
Elçin İskəndərzadə- professor, şair, "Bayatı" jurnalının baş redaktoru
Qulu Məhərrəmli- Əməkdar Jurnalist, professor, "Jurnalistikanın İnkişafına Yardım Fondu"nun sədri
Aynur Camalqızı - publisist, "Gündəlik Teleqraf" MMC-nin direktoru
Qafar Çaxmaqlı- siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri
Elçin Əlibəyli- teleaparıcı, Azərbaycan Media Akademiyasının Prezidenti
Ramiz Əskər- filologiya üzrə fəlsəfə doktoru, professor
Nəsir Əhmədli - filologiya üzrə elmlər doktoru, professor, Əməkdar jurnalist, BDU Beynəlxalq jurnalistika kafedrasının professoru
İdris Abbasov - filologya üzrə fəlsəfə doktoru, professor
Məti Osmanoğlu- filologiya üzrə fəlsəfə doktoru
Natəvan Dəmirçioğlu -yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, BDU-nun jurnalistika fakültəsinin müəllimi
Rüstəm Kamal- filologya üzrə fəlsəfə doktoru
Adilə Nəzər- filologya üzrə fəlsəfə doktoru
Nizami Muradoğlu- filologoya üzrə fəlsəfə doktoru
Ənvər Əhməd- şair-dramaturq, AYB Qarabağ bölməsinin sədri
Asif Cəfərli - şair, yazıçı, AYB Beyləqan bölməsinin sədri
Əbülfət Mədətoğlu- şair, "Ədalət" qəzeti baş redaktorunun müavini
Yusif Rzayev - publisist, "525-ci qəzet"in baş redaktorunun müavini
Əsəd Cahangir - ədəbi tənqidçi, AYB İdarə Heyətinin üzvü, "Azərbaycan" jurnalı baş redaktorunun müavini
Səfər Alışarlı - yazıçı, AYB üzvü
Ramiz Qusarçaylı - şair, AYB üzvü
Həmid Herisçi - yazıçı, telejurnalsit, "Xəzər” telekanalının əməkdaşı
Anar Niftəliyev - publisist, "Axar.az" saytının baş redaktoru
Vüsal Məmmədov- publisist, "Azvision" saytının baş redaktoru
Elbrus Ərud - publisist, "Qafqazinfo" saytının baş redaktoru
Faiq Balabəyli - şair, "Müstəqil.az" saytının baş redaktoru
Şərif Ağayar - yazıçı, "Kulis.az" saytının baş redaktoru
Qılman İman - şair, "Göyçə.az" saytının baş redaktoru
Fərqanə Mehdiyeva - şair, "Ulduz" jurnalının şöbə müdiri
Rüstəm Behrudi- şair, AYB üzvü
Əvəz Qurbanlı - şair, "Azadinform" saytının redaktoru
Əfqan Nəsirli - şair-publisist,
Aqşin Yenisey - şair-publisist
Sərdar Amin - yazıçı-publisist
Günel Natiq- publisist, Azərbaycan Radiosu Xalq yaradıcılığı şöbəsinin əməkdaşı
Aləmzər Sadiqqızı - şair, "Qobustan" jurnalının əməkdaşı
Əlisəmid Kür- şair, AYB üzvü
İlham Qəhrəman- şair, AYB üzvü
Əlizadə Nuri - şair, AYB üzvü
Etimad Başkeçid- yazıçı, AYB üzvü
Salam Sarvan- şair, AYB üzvü
Əyyub Qiyas - yazıçı-dramaturq, AYB üzvü
Aləm Kəngərli- yazıçı, AYB üzvü
Zemfira Məhərrəmli- yazıçı-publisist, AYB üzvü
Əhməd Oğuz- şair, AYB üzvü
Əkbər Qoşalı- şair, AYB üzvü
Akif Əhmədgil - şair, AYB üzvü
Xanım İsmayılqızı- şair, bəstəkar, AYB üzvü
Azər Həsrət - Əməkdar Jurnalist
Zahir Əzəmət- şair-publisist, "Qaynar-Media" MMC-nin direktoru
İbrahim İlyaslı- şair, AYB üzvü
Nazim Əhmədli- şair, AYB üzvü
Elşad Barat- yazıçı, "Bakıpost" saytının əməkdaşı
Dilqəm Əhməd - yazıçı-publisist
Ulucay Akif- şair, "Ədalət" qəzetinin əməkdaşı
Anar Amin - şair, AYB üzvü
Emin Piri - şair, AYB üzvü
Kəramət Böyükçöl - yazıçı-publisist
Kənan Hacı - yazıçı, AYB üzvü
Cığatel Qasımova - şair, AYB üzvü
Bəhram Fərmanzadə - şair, AYB üzvü
Səhər Əhməd - şair, AYB üzvü
Ehtiram İlham -şair, AYB üzvü
Ümid Nəccari -şair, AYB üzvü
Firudun Şahbuzlu - şair, AYB üzvü
Vüsal Oğuz - yazıçı, AYB üzvü
Elman İsrafiloğlu - şair AYB üzvü
Rövşən Budaq - şair, AYB üzvü
Raquf Budaqlı- şair, AYB üzvü
Fazil Əsəd - şair, AYB üzvü
Ağa Savalan - şair, AYB üzvü
Arif Həsənli - şair, AYB üzvü
Səmədxan Beyləqani - şair, AYB üzvü
Etibar Muradxanlı - yazıçı, AYB üzvü
Mirzəli Məmməd- şair, AYB üzvü
Tahirə Hüseynova - şair, AYB üzvü
Fəxri Müslüm - şair, AYB üzvü
Zirəddin Qafarlı - şair, AYB üzvü
Zakir Məmməd- publisist, AYB üzvü
Yusif Mirzə - rəssam, Azərbaycan Rəssamlar İttifaqının zvü
İlqar Türkoğlu - şair, AYB üzvü
Aqşin Evrən - şair, "Axar.az" saytının əməkdaşı
Çinarə Ömray- yazıçı, AYB üzvü
Nurəddin Muğanlı- şair-publisit
Sehran Allahverdi-şair, AYB üzvü
Zəka Vilayətoğlu - yazıçı, AYB üzvü
Etibar Qərib- şair-publisist
Elçin Bayramlı- jurnalist
Orxan Həsəni- yazıçı, "Artkaspi.az" saytının əməkdaşı
Balayar Sadiq- şair, AYB üzvü
Elbəyi Cəlaloğlu - yazıçı-publisist, AYB üzvü
Qəşəm Nəcəfzadə - şair-publisit, AYB üzvü