Şortiklilər, təsbehlilər, pub qızları – Onlar kimlərdi?

Şortiklilər, təsbehlilər, pub qızları – Onlar kimlərdi?
27 iyun 2019
# 13:24

Kulis.az gəncliyimizin ən çox diqqət çəkən tiplərini təqdim edir.

Qara kurtkalılar

Onlar “Kurtlar Vadisi”nin fanatlarıdır. Ancaq qara geyinməyi sevirlər. Bu qara rəng onların həyat rəngidir. Aqressivdirlər, “ana-bacı” söhbətlərinə həssasdırlar... Ən əzəli düşmənləri şortiklilərdi.

“Cool”lar

Ara-sıra gözə dəyirlər, sayları elə çox deyil. İngilis dilində bir neçə mahnı adı öyrənmək, tez-tez şəhərin ən “cool” yerlərində oturmaq, əndrabadi şəkillər paylaşmaq və s. Onların həyat tərzi budur. Düşüncələri azaddır, hərdən yaşadıqları yeri unudurlar, elə bilirsən ki, Avropanın hansısa şəhərindən qonaq gəlib.

Feministlər

Bu da azlıqlar sırasındadır. Ancaq bir hadisə - təhlükə görən kimi dərhal çoxalırlar. Əsas hədəfləri seksist, bütün günü qadın qeybəti qıran kişilərdir.

Təsbehlilər

Əvvəllər daha çox idilər, indi sanki azalıblar. Hər tini burulanda onlarla rastlaşmaq mümkün. Özü də hərəsinin təsbehi bir cür “fırlatmaq” xasiyyəti var. Bu da onların “qayda-qanunu”. Onlar vor-zakon, ağır oğlan söhbətlərinin ölüsüdürlər. Bir növ qara kurtkalıların məntiqi davamıdırlar. Davanı satın alırlar.

Dar şalvar geyinənlər

Qəribə tərzləri var. Büsbütün dar paltarda gəzməyi sevirlər. Yay-qış. Fərq etməz onlar üçün. Hardasa cırılmaq təhlükəsi olan dar şalvarlarla eninə-uzununa gəzmək və gənc xanımların diqqətini çəkmək üçün dəridən-qabıqdan çıxırlar.

Əxilər

Saqqalları bir xeyli uzundur. Çox danışmazlar. Bir-biriləri ilə gözlər və “əllər sinəyə” vasitəsi ilə danışarlar. Onların öz amansız çərçivələri var. O çərçivələrdən kənara çıxa bilməzlər.

Sektor uşaqları

Əsasən 2000-lərin başlanğıcı ortaya çıxdılar. Azad düşüncəli, ətrafındakılardan fərqlənən tiplərdi “sektor uşaqları”. Tək yaşayarlar. Çoxları ailəsindən uzaqda qalır. Daha çox gecə həyatını sevərlər. Onlar həyatın ləzzətini doya-doya yaşamaq istəyərlər. Bütün qadağalara, əngəllərə rəğmən...

Qlamurlar

Meşə, dağ – bu cür aqrar şeylər onlar üçün deyil. Onlar şəhəri sevilirlər. Təbiətdənsə kafe, restoran, pub, barı seçərlər. Özləri kimi olmayanlara yuxarıdan-aşağı baxışları var. Təzə çıxan paltar növü ilk onların diqqətini çəkir.

Ev qızları

Başıaşağı tiplər. Bütün günü evdə oturarlar. Tələbə olanda da ancaq dərsdən evə, evdən dərsə. İşləyəndə də elə. Hələ ərə gedəndə də. Onlar həmişə evdədilər. Ev onların alın yazısıdır. Ev onlar üçün müqəddəsdir.

Pub qızları

Doğru-dürüst içə bilməsələr də bütün günü o pub sənin, bu pub mənim dolaşmaqdadırlar. Bəzən onlar üçün ova gələn “qara kurtkalılar”, “təsbehlilər” heç vaxt uğur əldə edə bilməyib. Pub qızları yetişməkdə olan sektor uşaqlarıdır. Bir növ level keçməlidirlər.

İntellektuallar

Sayları çox azdır. Hamı onların söhbətini çox sevsə də, həmişə onları tək qoyur. Bir evə sığmayacaq qədər azdırlar, yanlızdılar. Oxuduqlarını kimlərə danışmaq istəyərlər. Baxdıqları filmləri kimlərləsə bölüşmək... Ancaq hamı kitabdan, kinodan uzaq düşmüşdür.

Qalstuklular

Mənfəətlərini düşünürlər. Harda xeyirli bir iş varsa, əmrə müntəzir tərzdə ora ayaq basarlar. Qalstukları onların həyat tərzidir. O qalstuk onları işıqlı və möhtəşəm gələcəyə daşıyacaqdır.

Şortiklilər

Tez-tez qınağa tuş gəlirlər. Axırıncı dəfə onların bir nümayəndəsi metroda döyülmək təhlükəsi yaşadı. O hadisədən sonra şortiklilər müvəqqəti olaraq şəhəri tərk etmiş və əldə etdiyimiz son məlumatlara görə geri qayıtmaq haqqında düşünmürlər.

Yazarlar

Image result for yazar

Sayları günü-gündən artmaqdadır. Hər yerdə qarşımıza çıxırlar. Hərdən-hərdən gileylənirlər, hərdən-hərdən məşhur simalara, klassiklərə sataşırlar, bəzən də tənhalıqla qol-boyun olub şəhərin küçələrində veyl-veyl dolaşırlar.

BONUS

Üzeyir Mehdizadənin fanatları

Image result for üzeyir mehdizadə

# 4742 dəfə oxunub

Oxşar xəbərlər

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

Dərdlərini özü ilə aparan azərbaycanlı aktrisa

18:39 28 noyabr 2024
Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

Xalq artisti kommunal borclara görə məhkəməyə verildi

18:06 28 noyabr 2024
Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

Axundov onu sui-qəsddən xilas etmişdi... – Həsən bəy Zərdabinin həyatından qeyri-adi faktlar

17:42 28 noyabr 2024
"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

"Gənclərin roman müsabiqəsi - 2"nin qısa siyahısı açıqlandı

17:39 28 noyabr 2024
“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

“Uzaq sahillərdə” bədii filmi Sloveniyada nümayiş edildi

16:54 28 noyabr 2024
Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

Ağadadaş Ağayev özünü təqsirli bilmədi - Məhkəmə

15:45 28 noyabr 2024
# # #