Cümhuriyyətin 100 illiyinə həsr edilən sərgi keçirilib

Cümhuriyyətin 100 illiyinə həsr edilən sərgi keçirilib
3 may 2018
# 10:04

Mayın 2-də, Bakı şəhərində keçirilən Səlahiyyətli İqtisadi Operatorlar Beynəlxalq Assosiasiyasının Assambleyası və Konfransının iştirakçıları Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən "Şərəfli tarixi yol" adlı sərgi ilə tanış olublar.

DGK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan Xalça Muzeyində açılan sərgi Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920) hökumətin gömrük sahəsindəki fəaliyyətini əks etdirir.

Sərgini Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi təşkil edib. Sərginin açılış mərasimində ilk olaraq çıxış edən Azərbaycan Xalça Muzeyinin direktoru Şirin Məlikova Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan bu tədbirin əhəmiyyətindən bəhs edərək sərgidə nümayiş olunan eksponatların, eləcə də Xalça Muzeyi ilə tanışlığın qonaqlarda xoş təəssürat yaradacağına əminliyini ifadə edib.

Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev mərasimdə çıxış edərək bildirib ki, Komitə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə gömrüyünün inkişafındakı rolu, gömrük xidmətinin tarixi, gömrük orqanlarının mədəni dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması sahəsində gördüyü işlər, eləcə də Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən işğalı, Dağlıq Qarabağ kimi nəzarət olunmayan ərazilərdən istifadə yolu ilə mədəni sərvətlərin oğurlanması barədə dünya ictimaiyyətini məlumatlandırmaq və yaxından tanış etmək məqsədilə respublikada və dünyanın bir çox ölkələrində sərgilər keçirib.

Səfər Mehdiyev qeyd edib ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü tamam olur. 1918-ci il mayın 28-də Azərbaycan xalqının həyatında misilsiz hadisə baş verib, Şərqdə ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyəti qurulub. Cəmi iki ilə yaxın yaşamış Cümhuriyyət zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb. Bununla əlaqədar, Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci il Azərbaycan Respublikasında "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilib və bu əlamətdar hadisənin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədilə silsilə tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

DGK sədri diqqətə çatdırıb ki, "Şərəfli tarixi yol" sərgisində nümayiş olunan eksponatlar Azərbaycan Xalq Cümhuriyyəti dövründə digər sahələrlə yanaşı, 1918-1920-ci illərdəki gömrük tarixini və həmin dövrü əks etdirən etnoqrafik mühiti, neft sənayesini və ictimai həyatı əks etdirir. Sərgidə nümayiş olunan arxiv sənədlərini və fotoşəkilləri Azərbaycan Respublikasının Milli Elmlər Akademiyası təqdim edib. Səfər Mehdiyev buna görə Milli Elmlər Akademiyasının və təşkilati məsələlərdə dəstəyi üçün Azərbaycan Xalça Muzeyinin rəhbərliyinə təşəkkürünü bildirib. Sonra qonaqlar sərgi ilə tanış olublar.

Qonaqlar, həmçinin Azərbaycan Xalça Muzeyində nümayiş etdirilən eksponatlarla tanış olub, onlara Azərbaycan xalçaçılıq məktəbinin yaranması, inkişafı və xüsusiyyətləri barədə ətraflı məlumat verilib. Sərgi mayın 3-dək davam edəcək.

# 1828 dəfə oxunub

Oxşar xəbərlər

Qobustan qayaüstü təsvirlərini dünyaya tanıdan  arxeoloq-etnoqraf alim

Qobustan qayaüstü təsvirlərini dünyaya tanıdan arxeoloq-etnoqraf alim

14:20 14 avqust 2025
Azərbaycan və Özbəkistanın birgə mədəniyyət  turu təşkil olunacaq

Azərbaycan və Özbəkistanın birgə mədəniyyət turu təşkil olunacaq

13:30 14 avqust 2025
Di Kaprio İbizada polis tərəfindən yoxlanılıb

Di Kaprio İbizada polis tərəfindən yoxlanılıb

13:23 14 avqust 2025
Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi

Afaq Bəşirqızı “Şərəf” ordeni ilə təltif edildi

13:16 14 avqust 2025
"Oskarlı" aktyorun yeni filmi yayımlandı

"Oskarlı" aktyorun yeni filmi yayımlandı

13:10 14 avqust 2025
Kamal Abdullanın “Seçmələrin Seçməsi – Qranulalar” kitabı Almaniyada nəşr olundu

Kamal Abdullanın “Seçmələrin Seçməsi – Qranulalar” kitabı Almaniyada nəşr olundu

13:00 14 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər