Tərcümə Mərkəzinin Çexiya “Pen”i ilə görüşü keçirildi

Tərcümə Mərkəzinin Çexiya “Pen”i ilə görüşü keçirildi
12 may 2015
# 13:11

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi Çexiya “Pen” Yazıçılar Təşkilatıyla əməkdaşlıq görüşü keçirib. Kulisin məlumatına görə görüşdə Çexiya Mədəniyyət Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Helena Provaznikova, “Azərbaijan Student Network” təşkilatının Praqa ofisinin direktoru Eldar Vəliyev, “Xəzər” dünya ədəbiyyatı jurnalının baş redaktor müavini Zakir Fəxri, çex şair və yazıçıları da iştirak ediblər.

“Pen” Yazıçılar Təşkilatının rəhbəri Yirji Dyedyecek qonaqları salamlayaraq, ədəbi əməkdaşlıq haqqında danışıb: “Pen” Təşkilatının əsas işi, dünya yazıçılarının kitablarını nəşr edərək, onlara kömək göstərmək, həmçinin Praqada keçirilən ədəbiyyat festivallarını təşkil etməkdir. Azərbaycanda Tərcümə Mərkəzi kimi, ölkəsinin ədəbiyyatının dünya dillərinə tərcüməsi və təbliği ilə məşğul olan belə bir böyük təşkilatın olması, hər iki ölkə arasında ədəbi əlaqələrin qurulması işinə geniş imkanlar yaradır.

Azərbaycan ədəbiyyatının seçmə nümunələrinin çex dilinə, eləcə də bizim ədəbi nümunələrin sizin dilinizə çevrilməsini, hər iki xalqın bir-birini yaxından tanıması istiqamətində atılacaq əhəmiyyətli addım hesab edirəm. Biz istərdik ki, hər iki ölkənin məlum-məşhur müəllifləri deyil, yeni dövr ədəbiyyatının aparıcı nümayəndələrinin əsərləri Azərbaycan dilinə çevrilsin. Eləcə də Azərbaycan ədəbiyyatının müasir nümayəndələrini çex oxucularına təqdim etmək istərdik. Biz ən qısa vaxtda Azərbaycan dilinə əsərləri çevriləcək müəlliflərin tam siyahısını və kitablarını Mərkəzə təqdim edəcəyik”.

Daha sonra Mərkəzin direktoru Afaq Məsud fikirlərini bölüşüb: “Mərkəzin dil və tərcümə sahəsi üzrə fəaliyyəti çoxşaxəlidir. Sizinlə görüşümüzün məqsədi, ölkələrimiz arasında ədəbi əlaqələrin qurulmasını təşkil etmək, hər iki ölkənin ədəbiyyatını bir-birinə yaxından tanıtmaqdır. Biz, indicə sizin Milli Kitabxanada olduq. Təəssüflər olsun ki, orada Nizami Gəncəvidən savayı, Azərbaycan ədəbiyyatına dair heç bir kitab yoxdur. Lakin Azərbaycan, həqiqətən, zəngin ədəbi xəzinəyə malikdir və biz istərdik ki, bu xəzinədən çex oxucusu da xəbər tutsun”.

Xatırladaq ki, bu il Çexiyada keçirilən Praqa Kitab Sərgisində ölkəmizi Tərcümə Mərkəzi təmsil edir.

# 1912 dəfə oxunub

Oxşar xəbərlər

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi ləğv edildi

Mədəniyyət Nazirliyinin Media və kommunikasiya şöbəsi ləğv edildi

20:05 2 aprel 2026
Məşhur aktyorun vəfat səbəbi açıqlandı

Məşhur aktyorun vəfat səbəbi açıqlandı

18:42 2 aprel 2026
Məşhur reper qəzada öldü

Məşhur reper qəzada öldü

16:10 2 aprel 2026
Nizami Kino Mərkəzinin binasına müdaxilə edildi - Hüquq-mühafizə orqanlarına müraciət olundu

Nizami Kino Mərkəzinin binasına müdaxilə edildi - Hüquq-mühafizə orqanlarına müraciət olundu

14:04 2 aprel 2026
Yaşamaq necə qorxuludur... - Aleksandr Blok

Yaşamaq necə qorxuludur... - Aleksandr Blok

13:30 2 aprel 2026
Aprel döyüşlərinə həsr edilmiş sərgi hazırlandı

Aprel döyüşlərinə həsr edilmiş sərgi hazırlandı

13:20 2 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər