UNESCO üzrə Milli Komissiyamızın 25 illiyi qeyd edilib

UNESCO üzrə Milli Komissiyamızın 25 illiyi qeyd edilib
7 mart 2019
# 10:32

Martın 6-da Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının yaradılmasının 25 illiyi qeyd edilib.

ONA xəbər verir ki, tədbirdən əvvəl Muğam Mərkəzinin foyesində xalq çalğı alətləri ansamblının çıxışı və gənc rəssamların Azərbaycan mədəniyyətinin UNESCO-nun Dünya Mədəni İrs Siyahısına daxil edilmiş nümunələrinə həsr edilən əsərlərindən ibarət sərgi təqdim olunub.

Tədbirin rəsmi hissəsində Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının fəaliyyətini əks etdirən qısametrajlı film göstərilib. Videoçarxda ötən 25 ildə Azərbaycan xalqının muğam (2008-ci il), aşıq sənəti (2009-cu il), Novruz bayramı (2009-cu il), xalçaçılıq sənəti (2010-cu il), tar ifaçılıq sənəti (2012-ci il), Qarabağ atları üzərində çövkən oyunu (2013-cü il), kəlağayı simvolizmi və ənənəvi sənəti (2014-cü il), Lahıc misgərlik sənəti (2015-ci il), lavaş çörəkbişirmə ənənəsi (2016-cı il, İran, Qazaxıstan, Qırğızıstan və Türkiyə ilə birgə), dolma milli yeməyi (2017-ci il), kamança simli musiqi alətinin hazırlanması və ifaçılığı sənəti (2017-ci il), Yallı, Naxçıvanın ənənəvi qrup rəqsləri (2018-ci il), “Dədə Qorqud” eposu (2018-ci il, Türkiyə və Qazaxıstanla birgə) kimi mədəni irs nümunələrinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsi üzrə böyük işlər görülüb.

Qeyd olunub ki, Birinci vitse-prezident Mehriban Əliyevanın timsalında Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi daim Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının fəaliyyətinə böyük dəstək veriblər.

Tədbir tanınmış xanəndələrin, folklor mahnı və rəqs ansambllarının iştirakında konsert proqramı ilə davam edib. Tədbirdə dövlət və hökumət rəsmiləri, ölkəmizdə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

# 2509 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər