Avropa və Amerikada 2-9 yaşlı uşaqlardan Tanrıyla bağlı düşüncələrini soruşublar və dini təhsilin bir parçası olaraq onlara Tanrıya məktub yazmağı tapşırıblar.
Uşaqların xəyallarındakı Tanrıya yazdığı məktublardan bir necəsini təqdim edirik:
***
Sevgili Tanrı, bu andakı ehtiyaclarımı yazıram: yeni bir velosiped, bir kimya dəsti, it, film maşını, beysbol əlcəyi. Hamısını göndərmsən də az da olar.
Səni sevən Eric,
5 yaşında
Not: Santa Klausun olmadığını bilirəm.
***
Sevgili Tanrım,
İnsanların ölmələrinə icazə verib yenilərini yaratmaq yerinə niyə yaşayanları əlində saxlamırsan?
Jane
6 yaşında
***
Sevgili Tanrı,
Xahiş edirəm mənə bir Pony göndər. Səndən indiyə qədər heç bir şey istəmədim. Bunu da hər halda unutmazsan.
Bruce
4 yaşında
***
Sevgili Tanrı,
Atam çox höcətdir. Onu bu xasiyyətindən imtina etməyin istəyirəm. Amma lütfən incitmə. Sevgilərlə,
Martin
5 yaşında
***
Sevgili Tanrı,
Buludlardan biri üzünü elə qorxunc etdi ki, çox qorxdum. Nə olar ona denən bir daha elə etməsin.
Ellen
3 yaşında
***
Sevgili Tanrı,
Doğurdan varsanmı? Bəziləri buna inanmır: Əgər varsan gecikmədən bir şeylər etməyində fayda var.
Harriet Ann
6 yaşında
***
Sevgili Tanrı,
Əgər heç kim bilməyəcəksə yaxşı olmağın nə faydası var?
Mark,
8 yaşında
***
Tanrım,
Üst mərtəbədəkilər dayanmadan qışqırıb dalaşırlar. Məncə, yalnız çox yaxşı insanların evlənməsinə icazə verməlisən.
Nan
5 yaşında
***
Sevgili Tanrım,
Niyə bu qədər çox insan yaratdın? Başqa bir dünya yaradıb çoxunu oraya qoya bilməzsənmi?
J.B.
7 yaşında
***
Tanrım,
İnsanlara ruhları hər zaman doğrumu paylayırsa? Səhv edə bilərsən.
Audrey
8 yaşında
***
Sevgili Tanrı,
Sən qəribə nə etsən et hər kəs heyran olur; amma mən kiçicik bir zarafat belə etsəm sillə yeyirəm.
Jodie
6 yaşında
***
Sevgili Tanrı,
Bizdən narahat olma çünki bizimkilər çox dindardır.
Teddy
9 yaşında
***
Sevgili Tanrı,
Məndə səndən başqa bütün liderlərin rəsmi var.
Norman
6 yaşında
***
Tanrım,
Kök olunca kimsə sənin yoldaşın olmaq istəmir.
Billy Jean
9 yaşında
***
Sevgili Tanrım,
Oğlanlar qızlardan daha üstündü? Bilirəm sən də onlardansan, amma yenə də dürüst olmağa çalış.
Sylvia
5 yaşında
***
Sevgili Tanrı,
Kitabını oxudum və bəyəndim. Bütün o fikirlər haradan gəldi ağılına?
John
8 yaşında
***
Sevgili Tanrı,
Zürafələrin görünüşünü istəyərək belə etdin, yoxsa səhvən oldu?
Norman
4 yaşında
***
Tanrım,
İncildə niyə heç arvadının adı yazılmır? Yoxsa İncili yazarkən evlənməmişdin?
Larry
6 yaşında
***
Sevgili Tanrım,
Yaxşı, İncildə o biri yanağını çevir dedin bilirəm; amma qardaşım gözümə vurunca nə edəcəyəm?
Sevgilər,
Teresa
5 yaşında
***
Sevgili Tanrı,
Tanrı olduğunu necə bildin?
Charlene
3 yaşında
***
Sevgili Tanrı,
Sənin yaşına gəldiyimdə eynilə sənin kimi olmaq istəyirəm. Yaxşımı?
Tommy
4 yaşınd
***
Sevgili Tanrım,
Əgər Tanrı mən olsaydım bu qədər yaxşı olmazdım. Bunu ağılından çıxarma.
Michelle
6 yaşında
Hazırladı: Taryel Abdullayev