“Ev kitabxanası”nın kitabları Xaçmazda təqdim olundu

“Ev kitabxanası”nın kitabları Xaçmazda təqdim olundu
11 iyun 2015
# 09:35

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Xaçmazda “Kitabi-Dədə Qorqud” dastanı haqqında inşa müsabiqəsi keçirib. Fonddan APA-ya verilən məlumata görə, Xaçmaz rayon Təhsil Şöbəsinin dəstək verdiyi müsabiqəyə müxtəlif məktəblərdə təhsil alan şagirdlər qatılıb.

Onların “Kitabi Dədə Qorqud” dastanı haqqında yazdığı inşalar Bilik Fondunun təklifi ilə formalaşan münsiflər heyəti tərəfindən yoxlanıb. Qaliblərə təşəkkürnamələr, qiymətli hədiyyələr, fərqlənən bütün iştirakçılara isə kitablar hədiyyə olunub.

Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlunun dəvət aldığı tədbirdə rayon təhsil şöbəsinin metodisti İmran Müseyibli də iştirak edib. Müəllim və şagirdlərin, rayon ziyalılarının qarşısında çıxış edən C.Musaoğlu Bilik Fondunun yaranması, fəaliyyəti, əsasən də prezident İlham Əliyevin sərəncamından irəli gələrək “Kitabi-Dədə Qorqud və Henrix Fridrix fon Dits-200” çərçivəsində görülən işlər barəsində geniş məlumat verib.

Fonddan əlavə ediblər ki, dövlət müşaviri Kamal Abdullayevin ideyası əsasında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Yaradıcılıq Fondunun birgə layihəsi olan “Ev kitabxanası” ilk olaraq Xaçmaz məktəbliləri üçün tətbiq edilib. Müsabiqənin qalibləri mükafatlandırılmaqla yanaşı, “Ev kitabxanası”na daxil olan üç yazarın -Aydın Talıbzadənin, Qan Turalının, Şəhriyar del Geraninin kitablarına sahib olublar.

Qeyd edək ki, “Ev kitabxanası” üç qurum tərəfindən alınan kitablar əsasında formalaşacaq. Bu kitablar məktəblilərin kitabxanalarının yaradılmasına, yazarların oxunmasına və əsərlərin daha geniş oxucu kütləsinə ünvanlanmasına xidmət edir.

# 1983 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər