Özündən 17 yaş balaca tələbəsi ilə evlənən məşhurumuz

Özündən 17 yaş balaca tələbəsi ilə evlənən məşhurumuz
1 avqust 2019
# 11:34

Bu gün görkəmli kinoşünas, əməkdar incəsənət xadimi Ayaz Salayevin doğum günüdür. Kulis.az Ayaz müəllimi ürəkdən təbrik edir onun haqqında maraqlı faktları oxucuların diqqətinə çatdırır.

Uzun illər Azərbaycan Televiziyasında “Retro” verilişini aparıb. Bu verilişin sayəsində Azərbaycan tamaşaçısı dünya kinosunun ən yaxşı nümunələri ilə tanış olub. İndi yerli telekanallarda belə bir veriliş yoxdur.

“Retro” verilişi və onun qəribə intonasiyalı nitqi ilə seçilən aparıcısı respublikada qədər məşhur idi ki, parodiyaçıların əksəriyyəti onu yamsılayırdılar. Gənclər Ayaz Salayevin danışığı və maraqlı jestləri ilə parodiya öyrənirdilər.

Hələ orta məktəbdə oxuyarkən, Andrey Tarkovskinin “Ayna” filminə baxıb və çox təsirlənib. Görünür, kino sahəsini seçməkdə də bu filmin böyük rolu olub.

1995-ci ildə çəkdiyi "Yarasa" filmi otuza yaxın beynəlxalq müsabiqədə iştirak edib. Anje şəhərində keçirilən Beynəlxalq Avropa Kinosu Festivalında Qran-priyə və başqa bir çox nüfuzlu mükafatlara layiq görülüb. Bütün bunlardan sonra Ayaz Salayevin təltiflərə münasibəti dəyişib: “Mükafatlara fikir verin, hamısı bütpərəstliyin totemləridir: budaq, ayı, bəbir, yarpaq... Əfsuslar olsun, yoluxucudur bu. Mənəvi infeksiyadır. Hamı o mükafatı almaq istəyir. Mən “Yarasa”nı çəkəndə, həqiqətən heç bir festival düşünmürdüm. Amma oldu və korlandım. Yoluxdum.”

Sərhədləri aşan ilk filmlərimizdən biri olan “Yarasa” ölkədə daha çox erotik epizodlara görə rezonans doğurmuşdu.

Ayaz Salayev bir ssenarini iki dəfə çəkən rejissor kimi tarixə düşüb. Dövlət sifarişi ilə çəkilən “Ehram TV” filmi sifarişçilər tərəfindən qəbul olunmadığı üçün ikinci variant da çəkilib. Lakin xeyli zaman keçsə də heç biri ictimaiyyətə təqdim olunmayıb.

İki dəfə evlənib. İkinci evliliyi özündən 17 yaş kiçik tələbəsi ilə olub. Vaxtilə xanımına dərs desə də, ailədə özünü xanımının tələbəsi hesab edir.

Xanımı müsahibəsində tanışlıqlarını belə xatırlayır: "Məndən 17 yaş böyük dür. Təsəvvür edin, "Retro" verilişi başlayanda 6 yaşım vardı. Məni kalssik musiqi konsertinə dəvət etdi və konsertdən sonra gəzintidə mənimlə evlənmək istədiyini dedi"

Böyük qızı Leyli Salayeva şairdir. AYB-nin, İngiltərədə şairlər cəmiyyətinin üzvüdür. Şeirlərini ingilis dilində yazır.

Dini dünyagörüşü belədir: “Mənimki inancdan daha çox ümiddir. Mən ümid edirəm ki, o biri dünya var”.

Qarabağ müharibəsi haqda çəkdiyi sosial roliklər tamaşaçılar tərəfindən maraq doğursa da peşəkarların tənqidinə məruz qalıb. Belə tənqidlərdən biri də kulis.az-da gedib və bundan sonra Ayaz müəllim bizə müsahibə verməkdən imtina edir.

# 9467 dəfə oxunub

Oxşar xəbərlər

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

Emin Piri bodibildinq üzrə Avrasiya ikincisi oldu - FOTO

18:12 8 noyabr 2026
Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə  mövzusunda yazılmış məşhur romanlar

Qərb cəbhəsində itirilmiş nəsil, Aprel döyüşləri... - Müharibə mövzusunda yazılmış məşhur romanlar

14:00 8 noyabr 2026
Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

Cəsur topçu Vüsal Şahkərimovun məşhur tarixi fotosu - Zəfər müjdəçisi

12:32 8 noyabr 2026
Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

Mehriban Əliyevadan Zəfər Günü paylaşımı: "Prezidentimizə, cəsarətli əsgərlərimizə, zabitlərimizə və veteranlarımıza hədsiz dərəcədə minnətdarıq!"

11:55 8 noyabr 2026
"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

"Xeyli cəsarət etmisən..." - Əsgər Səlami şeirində nəyi tənqid edirdi?

10:37 8 noyabr 2026
Azərbaycanda Zəfər Günü  qeyd olunur

Azərbaycanda Zəfər Günü qeyd olunur

09:42 8 noyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər