Bakıda məşhur meksikalı musiqiçilərin konserti olub

Bakıda məşhur meksikalı musiqiçilərin konserti olub
22 iyun 2019
# 11:22

İyunun 21-də Beynəlxalq Muğam Mərkəzində məşhur meksikalı musiqiçilər - Xavyer Nandayapa və Mirna Yamın konserti təşkil olunub.

Konsert Meksikanın ölkəmizdəki səfirliyi, Beynəlxalq Muğam Mərkəzi, “Landmark” oteli və “Türk Hava Yolları”nın birgə təşkilatçılığı ilə reallaşıb.

Konsertdən əvvəl Meksikanın ölkəmizdəki səfiri Rodriqo Labardini çıxış edərək musiqili gecənin Xavyer Nandayapanın 30 illik səhnə fəaliyyətinə həsr olunduğunu söyləyib. İstedadlı musiqiçinin yaradıcılığını yüksək qiymətləndirən səfir qeyd edib ki, 1989-cu ildə “Marımba Nandayapa” qrupu ilə musiqi fəaliyyətinə başlayan Xavyer dünyanın bir sıra ölkələrinə səfər edərək solo ifa edib. İyirmi ildən artıq o, gənc marimba ifaçıları üçün ustad kursları keçib. Xavyer Nandayapa 2011-ci ildən Tabasko ştatı marimba ifaçılarının beynəlxalq festivalının bədii rəhbəridir.

Meksikanın zəngin mədəni irsindən bəhs edən səfir deyib ki, bu ölkənin qədim musiqi aləti olan marimba ksilofona bənzəyən zərb alətidir. Marimbada həm bayram və şənlik, həm də klassik konsert musiqisi ifa olunur. /azertag.az/

# 3057 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər