Bu gün X Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır

Bu gün X Qəbələ Beynəlxalq Musiqi Festivalı başlayır
30 iyul 2018
# 11:42

Heydər Əliyev Fondunun təşkilatçılığı, Mədəniyyət Nazirliyinin və “Gilan Holdinq”in dəstəyi ilə bu gün axşam saatlarında X Qəbələ Beynəlxalq Musiqi Festivalına start veriləcək.

Kulis.azın verdiyi xəbərə görə, avqustun 8-dək davam edəcək festivalda Azərbaycanın tanınmış musiqi kollektivləri, həmçinin xarici ölkələrdən gəlmiş görkəmli musiqiçilər, kamera və simfonik orkestrlər, solistlər və dirijorlar iştirak edəcək.

Festivala hazırlıq işləri artıq tam başa çatıb. Tədbirlərin keçiriləcəyi məkanlar, konsert zalları hazır vəziyyətə gətirilib.

Proqrama uyğun olaraq, bu gün axşam saat 18-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında musiqisevərlərə “Gənclərə dəstək” layihəsi çərçivəsində festivalın ilk konserti təqdim olunacaq. Konsertdə gənc pianoçuların və musiqiçilərin ifasında Azərbaycanın və xarici ölkə bəstəkarlarının əsərləri səsləndiriləcək.

Axşam 21-də isə musiqisevərlər açıq səhnədə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Tələbə Simfonik Orkestrinin konsertini izləyəcəklər.

Ertəsi gün, iyulun 31-də axşam saat 21-də X Qəbələ Beynəlxalq Musiqi Festivalının təntənəli açılış mərasimi olacaq. Rəsmi hissədən sonra Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri tamaşaçılar qarşısında geniş konsert proqramı ilə çıxış edəcək. Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə reallaşacaq konsertdə pianoda Xalq artistləri Murad Adıgözəlzadə və Yeganə Axundova çıxış edəcəklər.

# 2706 dəfə oxunub

Oxşar xəbərlər

Bakı Dövlət Sirki “Səmaya yüksələnlər”i təqdim edəcək

Bakı Dövlət Sirki “Səmaya yüksələnlər”i təqdim edəcək

11:20 7 mart 2026
Azərbaycan kəlağayı sənəti Argentinada

Azərbaycan kəlağayı sənəti Argentinada

10:35 7 mart 2026
“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

“Sarı köynək”: Aşıq Ələsgər irsi yeniyetmələr üçün yeni kitabda

17:53 6 mart 2026
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub

16:11 6 mart 2026
Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə  həsr olundu

Orkestrin növbəti konserti Beynəlxalq Qadınlar Gününə həsr olundu

14:30 6 mart 2026
Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

Hacıbaba Hüseynovun zəngin muğam irsinə həsr olunan musiqi axşamı

14:00 6 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər