“Yeni Nəfəs” Milli Kino mükafatını təqdim edib

“Yeni Nəfəs” Milli Kino mükafatını təqdim edib
30 iyul 2019
# 12:24

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı 2019-cu ilin gənclər üçün təsis edilmiş “Yeni Nəfəs” Milli Kino mükafatını (1000 manat) təqdim edib.

İttifaqın mətbuat xidmətindən Kulis.az-a bildirilib ki, kino sənətinin inkişafındakı nailiyyətlərinə görə ittifaqın gənc üzvü Fariz Əhmədov bu mükafatına layiq görülüb.

Bundan başqa, ittifaq Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkar Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə sənətkarın adına medal və təqaüd, eyni zamanda kinorejissor Rasim Ocaqov adına medal təsis edib. Bununla yanaşı, kinonu ən yaxşı təbliğ edən mətbuat nümayəndələri üçün də pullu mükafatlar nəzərdə tutulub.

Mükafatlar 2 avqust - Milli Kino Günündə Nizami Kino Mərkəzində sahiblərinə təqdim olunacaq.

# 3628 dəfə oxunub

Oxşar xəbərlər

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

Gülnar Qüdrətli yeni layihəsini təqdim etdi

11:53 26 may 2026
Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

Stiven Kinq və Haruki Murakami qadağada: Rusiyada minlərlə kitab "qara siyahı"ya salındı

11:30 26 may 2026
Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

Xalq yazıçısının atasını niyə zəhərləyib öldürdülər?

11:00 26 may 2026
Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

Məşhur caz musiqiçisi Sonni Rollins vəfat etdi

10:18 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər