Bakıda Beynəlxalq Folklor-Rəqs Festivalı başlayıb

Bakıda Beynəlxalq Folklor-Rəqs Festivalı başlayıb
24 iyul 2018
# 09:29

İyulun 23-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və “Riad pro”nun təşkilatçılığı ilə “Uşaqlar gələcəyimizdir” devizi altında ilk Beynəlxalq Folklor-Rəqs Festivalının açılışı olub. Festivalın keçirilməsində əsas məqsəd uşaq-gənclər folklor yaradıcılığının inkişafı, xalqlar arasında mədəniyyət və dostluq körpülərinin qurulmasıdır.

Tədbirin açılışında “Aysel” və “Cahan” (Azərbaycan), “Vardiza” (Gürcüstan) və “Bobby dance academy” (Hindistan) rəqs kollektivləri rəngarəng və maraqlı rəqs nömrələri təqdim ediblər. Rüstəm Zeynallının idarəçiliyi ilə “Şeron” qrupunun çıxışı ilə gecəyə yekun vurulub.

Qonaqpərvərliyə görə təşəkkürünü bildirən qonaqlar Bakının gözəlliyinə valeh olduqlarını bildirib, festivalın yüksək səviyyədə təşkilindən razılıq ifadə edib, bir-birinə milli suvenirlər bağışlayıblar.

Festivalın iştirakçılarına xatirə plaketləri təqdim edilib. /azertag.az/

# 2307 dəfə oxunub

Oxşar xəbərlər

Filmi əlindən alındığı üçün yatağa düşən, qışqıraraq can verən Xalq artisti

Filmi əlindən alındığı üçün yatağa düşən, qışqıraraq can verən Xalq artisti

11:30 25 iyun 2026
"Pilləkən"  filminin ulduzu vəfat etdi

"Pilləkən" filminin ulduzu vəfat etdi

11:00 25 iyun 2026
Lent.az-ın 18 yaşı tamam oldu

Lent.az-ın 18 yaşı tamam oldu

10:30 25 iyun 2026
Mətanət Vahid:  “Sənətə iddialısansa, cəmiyyətlə hesablaşmamalısan…” – Müsahibə

Mətanət Vahid: “Sənətə iddialısansa, cəmiyyətlə hesablaşmamalısan…” – Müsahibə

10:00 25 iyun 2026
QS reytinqi: prestij, yoxsa pulla alınan şöhrət? - Qismət Rüstəmov

QS reytinqi: prestij, yoxsa pulla alınan şöhrət? - Qismət Rüstəmov

18:25 24 iyun 2026
Səməd Ağaoğlunun hekayələrinə dair ilk araşdırma işıq üzü gördü

Səməd Ağaoğlunun hekayələrinə dair ilk araşdırma işıq üzü gördü

18:00 24 iyun 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər