Fədayə Laçını Tacirdən “Qoca"ya aparan yol

<b>Fədayə Laçını Tacirdən “Qoca"ya aparan yol</b>
31 oktyabr 2017
# 15:56

Kulis.az Nigar Adilin "Kod"lar düzgün yığılmaya bilər” yazısını tədim edir.

Ötən gün gündəm çox "rəngarəng" oldu. Adətən media üçün 2 - 3 saat öncə yayımlanan xəbər artıq köhnə xəbər hesab olunur. Bu gündən sabaha keçən xəbərlər də olur, amma bu çox az hallarda baş verir. Adətən dünya çaplı xəbərlər - müharibələr, siyasi qarşıdurmalar və.s

Bu səhər ötən günkü kimi gündəmi zəbt edən edən xəbər Fədayə Laçınla bağlı xəbərlər idi. Bütün sosial şəbəkələr, xəbər portlaları bu gün də Fədayəyə həsr olunub. Görəsən, niyə? Məlum hadisə baş verməsəydi həmin saytlar, sosial şəbəkə istifadəçiləri o xanım haqqında nəsə paylaşardımı, xəbəri hazırlayan, iri başlıqlarını gözlərimizə dürtənlər, Fədayə xanımdan müsahibə almağı belə özlərinə yaraşdırmayanlar, mahnılarını öz divarlarından paylaşmağı özünə layiq bilməyənlər, nə oldu? Niyə bu qədər təəccübləndiniz? Bu hadisə niyə sizə bu qədər maraqlı gəldi? Sizdən icazəsizmi sevdi, ya sizin mental dəyərlərinizin çərçivəsindəmi deyil bu sevgi? Fədayə Etibar Məmmədovu sevib. Onun kimliyini bilə - bilə. Bunun sonunun necə olacağını təxmin edərək. Fədayə Laçın mənim üçün qəhrəman deyil, Fədayə Laçın mənim üçün QADINDI... Sevilmək, xoşbəxt olmaq istəyən qadın...

Bütün qadınlar sevdiklərinin mələk ruhlu, ağ atlı olmalarını arzulayırlar. Amma bu arzudu, bu xəyaldı... Axı reallıq deyilən bir şey də var. Hamı nazir oğlu sevə bilməz, hamı professor sevə bilməz, hamı ütülü, kostyumlu müəllim sevə bilməz. Bir də heç bir ana "oğlum oğru olsun" arzusu ilə dünyaya oğul gətirmir, heç bir ana qızını bədbəxt olması arzusu ilə dünyaya gətirmir. Oğrunu da, qatili də cəmiyyət - biz yetişdiririk.

Bir az Fədayə xanım üçün sevginin nə olmasından danışaq. Uzaq olmayan zamanda Tacir Şahmalıoğlu Fədayə xanımla olan ilişgisini danmışdı. Buna açıqlama verən xanım sevgisini danmadan, utanmadan (utanılacaq da heç bir şey yox idi), yaşanılanlara hörmət qoyulmasını istəyərək hər şeyi etiraf etmişdi. Və adının hallandığı Etibar Məmmədov. Hər iki sevgidə mən Fədayə xanımın qarşısındakı insanla münasibət qurarkən bunu maddi dəyərlərə hesablamadığını gördüm. Fədayə Laçın həyatında olan kişilərə cib qabı kimi baxmayıb. O sadəcə sevgi istəyib və bu sevgini ona kim bəxş edibsə, onunla xoşbəxt olub... Şəxsin kimliyi, nəçi olması onun üçün önəmli olmayıb.

Qadınların kişiləri maddi varlıq kimi gördüklərindən şikayətlənənlər, sevgisinin arxasında dayanan qadınların yoxluğundan qalaq - qalaq status yazan kişilər, Fədayə Laçını gördünüz? Bu qadın bizim bildiyimiz, gördüyümüz iki sevgisini qorudu, ona sahib çıxdı. Bəs indi niyə xanımın durumundan istifadə edib sosial şəbəkələrdən like - lar güdürsünüz? Siz qadınlardan nə istədiyinizi bilirsinizmi? Sevgisini qoruyan və sizi başqasının maddi imkanlarına görə dəyişən qadına eyni münasibəti göstərmək doğrudurmu? Daha bir sualım var. Bəs biz qadınlar kimi sevək? Sizə dayaq olub zindanı gözə alan və ya öz gələcək həyatının firavanlığını düşünənlər arasında heçmi fərq görmürsünüz?

O statusları yazanda, bir xanımın düşdüyü çətin durumu öz çıxarlarınıza hesablamaqdansa, bir az empati qurun. Oxşar hadisə hər birimiz üçün ola bilər. Təbii ki, ürəyini beynindən öncə eşidənlər üçün...

Kimlərəsə sevgidən dərs keçmək niyyətim yoxdu. Amma bircə onu bilin ki, əsil sevgidə heç nə planlaşdırılmır. Bəzən, "kod"lar düzgün yığılmaya bilər... /olaylar.az/

# 2824 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər