Bakıda Milli Qəhrəmanın heykəlinin açılışı olub

Bakıda Milli Qəhrəmanın heykəlinin açılışı olub
15 noyabr 2019
# 16:51

Bu gün Bakıda Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun heykəlinin açılışı olub.

APA-nın xəbərinə görə, açılış mərasimində Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, Azərbaycan Müdafiə nazirinin müavini Kərim Vəliyev, İsrailin Azərbaycandakı səfiri Dan Stav, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Dağ yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri, Albert Aqarunovun ailə üzvləri, millət vəkilləri və digər qonaqlar iştirak ediblər.

Prezident Administasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edərək tarixən Azərbaycandakı tolerant və multikultural mühitin müxtəlif xalqların bura gəlib məskunlaşmasında mühüm rol oynadığını bildirib: "Azərbaycanda digər yerlərdən fərqli olaraq antisemitizmin olmaması olanların burda yaşamasını təmin edib. Yəhudi xalqı tarixən Azərbaycan xalqının həyatında yaxından iştirak edib. Onlardan biri də Albert Aqarunov olub. O, Şuşanın müdafiəsi zamanı qəhrəmancasına həlak olub. Onun vətən sevgisi təsadüfi deyil, bu, ilk növbədə Azərbaycan xalqının multikulturalizm mədəniyyətindən irəli gəlir. Azərbaycan dövləti tərəfindən Albert Aqarunovun adı əbədiləşdirilib, onun adına Bakıda və Qırmızı qəsəbədə küçə, oxuduğu məktəbə adı verilib. Onun heykəlinin açılışı da bu diqqətin təzahürüdür".

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev hazırda Azərbaycan ordusunda əməliyyat tədbirləri keçirildiyini bildirib: "Bu səbəbdən Müdafiə naziri, general-polkovnik Zakir Həsənov tədbirdə iştirak edə bilməsə də, mərasim iştirakçılarına salamlarını çatdırır. Azərbaycan ərazi bütövlüyünün təmin olunmasında şəhid olmuş şəxslərin xatirəsi, onların ailə üzvləri və qazilər daim Ali Baş Komandanın diqqətindədir. Bugünkü tədbir də onun əyani sübutudur. Abidənin açılışında zəhməti olan hər kəsə Müdafiə Nazirliyi rəhbərliyi və Azərbaycan Ordusunun şəxsi heyəti adından təşəkkürümü bildirirəm. Albert Aqarunovun və onun kimi vətən uğrunda ölənlərin xatirələri qəlbimizdə əbədi yaşayacaq. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunmuş Azərbaycan Ordusu dövlət başçısının qarşımızda qoyduğu istənilən tapşırığı icra etməyə qadir və hazırdır".

Sonra abidənin önünə əklil və gül dəstələri düzülüb.

Albert Aqarunovun heykəli Bakının Nərimanov rayonu ərazisində, Milli Qəhrəmanın adını daşıyan küçədə ucaldılıb. Albert Aqarunovun heykəlinin müəllifləri heykəltəraşlar Rahib Qarayev və Zamik Rzayevdir.

Qeyd edək ki, Albert Aqarunoviç Aqarunov 1969-ci il aprelin 25-da Bakının Əmircan qəsəbəsində anadan olub. O, 8 may 1992-ci ildə Şuşa uğrunda gedən döyüşlərdə şəhid olub.

# 2598 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər