Vokalçıların müsabiqəsinin açılış mərəsimi olub

Vokalçıların müsabiqəsinin açılış mərəsimi olub
4 iyun 2018
# 12:38

İyunun 4-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Vokalçıların Bülbül adına VII Beynəlxalq müsabiqəsinin açılış mərəsimi olub.

APA-nın məlumatına görə, müsabiqə iştirakçılarının ifalarını musiqi mədəniyyətinin görkəmli nümayəndələri - münsiflər heyətinin sədri, Rusiya Federasiyasının xalq artisti, professor Sergey Leyferkus, Azərbaycandan xalq artisti, professor Fərhad Bədəlbəyli, Gürcüstanın xalq artisti, professor Teymuraz Ququşvili, Ukraynadan xalq artisti, professor Mariya Stefyuk, Rusiya Akademik Böyük Teatrının gənclər proqramının rəhbəri, əməkdar incəsənət xadimi Dmitri Vdovin, Almaniyadan Beynəlxalq opera müsabiqələrinin prezidenti Hans-Yoahim Fray qiymətləndirəcəklər.

Açılışda mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və yarışmanın münsifləri iştirak ediblər.


Əbülfəs Qarayev bildirib ki, Azərbaycanda Bülbül adına festivalın keçirilməsi artıq ənənəyə çevrilib: "Bu müsabiqədə iştirak etmiş insanların arasında bu gün dünyanın opera səhnələrində çıxış edən onlarla insanlar var. Müsabiqə gənclərin gələcək yaradıcılıq fəaliyyətinə bir qapıdır, açar onların öz əllərindədir. İstedad, bacarıq varsa, onlar öz yollarını tapacaqlar".


Polad Bülbüloğlu deyib ki, müsabiqə bütün region üçün böyük hadisə, gənc ifaçılar üçün bir imkandır: "Bülbül ailəsi adından prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm ki, Bülbülün 120 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Müsabiqənin əsası isə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Mədəniyyət Nazirliyi də öz növbəsində böyük işlər görüb. Əməyi keçən insanlara təşəkkür edirəm".


Müsabiqədə Azərbaycan, Rusiya, Türkiyə, Ukrayna, Qazaxıstan, Moldova, Monqolustan, Özbəkistan, Gürcüstandan gənc istedadlı vokalçılar iştirak edəcəklər. Eyni zamanda dünya şöhrətli menecer və prodüserlərin fəxri qonaq qismində iştirakı da nəzərdə tutulub.

Qeyd edək ki, Bülbülün anadan olmasının 120 illiyinə həsr olunmuş yubiley gecəsi iyunun 8-də saat 19:00-da Heydər Əliyev Sarayında, iyunun 9-da saat 19:00-da isə Gəncə Dövlət Filarmoniyasında baş tutacaq.

# 1878 dəfə oxunub

Oxşar xəbərlər

Pelevinin yeni kitabı yaxın günlərdə satışda:  Mövzu Cefri Epşteynin adasıdır...

Pelevinin yeni kitabı yaxın günlərdə satışda: Mövzu Cefri Epşteynin adasıdır...

18:08 10 aprel 2026
Südabə Sərvinin yeni kitabı çap olundu

Südabə Sərvinin yeni kitabı çap olundu

17:33 10 aprel 2026
İlham Əzizin romanı təqdim olunacaq

İlham Əzizin romanı təqdim olunacaq

17:30 10 aprel 2026
"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

"Ağıllı irs" layihəsi davam edir: Memarlıq abidələrimiz rəqəmsal formatda

17:15 10 aprel 2026
Məşhur aktyorun evində narkotik tapıldı

Məşhur aktyorun evində narkotik tapıldı

16:16 10 aprel 2026
Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

Sumqayıt Muğam və Yaradıcılıq Mərkəzində zəngin musiqi irsimiz nümayiş olundu

14:45 10 aprel 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər