Azərbaycanda Avropa Film Festivalı keçiriləcək

Azərbaycanda Avropa Film Festivalı keçiriləcək
25 sentyabr 2019
# 16:44

Azərbaycanda Avropa Film Festivalı keçiriləcək.

APA-nın xəbərinə görə, bunu festivalla bağlı keçirilən tədbirdə Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib. Onun sözlərinə görə, bu film festivalı artıq bir ənənəyə çevrilib. O qeyd edib ki, Avropa irsi ilə bağlı ikinci festival noyabrda keçiriləcək.

Aİ və Azərbaycan arasında yeni tərəfdaşlıq sazişi üzərində danışıqlar aparıldığını deyə K.Yankauskas bildirib ki, həmin sazişlərlə yanaşı xalqlar, insanlar bir-birinin mədəniyyətləri ilə tanış olmalıdır və bu cür festivallar bu məqsədə xidmət edir. Aİ rəsmisinin sözlərinə görə, iki həftə boyunca günə bir film nümayiş olunacaq.

Bu il 10-cu yubiley festivalınının qeyd olunduğunu deyən K.Yankauskas festival çərçivəsində 148 film nümayiş olunub. Dediyinə görə, Avropa filmləri ilə yanaşı festivalda Azərbaycan filmləri də nümayiş olunub.

O, festival çərçivəsində Almaniya və Latviyadan iki rejissorun Azərbaycana gələcəyini, auditoriya ilə görüşəcəyini və masterklaslar keçəcəyini deyib.

K.Yankauskas bu film festivalında 14 Aİ ölkəsindən filmlərin nümayiş olunacağını bildirib.

Macarıstanın Azərbaycadakl səfiri Viktor Sederkeli bildirib ki, bu il bir sıra yubileylərin keçirilməsi ilə yadda qalıb: "Belə ki, Aİ-nin Şərq Tərəfdaşlığı siyasətinin 10 illiyi qeyd olundu. Həmçinin Macarıstanın Azərbaycanda səfirliyinin açılmasından 10 il ötür".

Səfir deyib ki, festivalın ilk günündə nümayiş olunacaq "Şaulun oğlu" maca filmi beynəlxalq mükafatlar alan filmdir və Hollokost faciəsi ilə bağlıdır.

Niderland Krallığının Azərbaycandakı səfiri deyib ki, Aİ və Azərbaycan arasında mədəniyyət sahəsində münasibətlər intensivləşməlidir. "Mədəniyyət sahəsində sıx əlaqələr ikitərəfli anlaşmanı genişləndirir və münasibətləri gücləndirir. Film festivalı çərçivəsində Avropa mədəniyyətinin müxtəlifliyini, yaradıcılıq və ifadə məsələlərində oxşarlıqları görəcəksiniz".

Onun dediyinə görə, Niderland festivalda drama janrında olan "Bankir" filmi ilə təmsil olunacaq.

Latviyanın Azərbaycandakı səfiri Dainis Qarançs isə ölkəsinin bu film festivalında "Milanin xronikası" filmi ilə təmsil olunacağını bildirib.

# 3813 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər