“Qurbani” dastanının yeni variantı aşkarlanıb

“Qurbani” dastanının yeni variantı aşkarlanıb
24 sentyabr 2019
# 09:55

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov “Aşıq Qurbani” dastanının 1880-ci ildə İstanbulda nəşr edilmiş 40 səhifədən ibarət nüsxəsini əldə edib.

APA xəbər verir ki, dastanın Azərbaycanda yayılmış və çap edilmiş variantında Araz kənarında yaşayan Hüseynalı xanın yoxsul qardaşının oğlu Qurbaniyə yuxuda buta verilir və o, Gəncə xanı Ziyad xanın qızı Pəri xanıma vurulur, çətinliklərdən sonra ona qovuşur. İstanbul variantında isə Əcəm diyarında yaşayan Qurbani Qarabağ hökmdarı İzzət xanın bacısı Pərüzat xanıma aşiq olur və bir sıra macəralardan sonra onunla evlənir.

Azərbaycan variantında Qurbaniyə “mürşid” dediyi Şeyx oğlu Şah İsmayıl kömək edirsə, İstanbul variantında ona “mürşid” deyə üz tutduğu Şah Abbas yardım edir. Bir sıra şeir parçaları hər iki variantda təkrar olunur.

# 4412 dəfə oxunub

Oxşar xəbərlər

Amerikalı repçinin Rusiyadakı konsertləri ləğv edildi – Səbəb

Amerikalı repçinin Rusiyadakı konsertləri ləğv edildi – Səbəb

11:40 1 oktyabr 2026
“Dəfinələr adası” ekranlaşdırılacaq – Tanınmış rejissor tərəfindən

“Dəfinələr adası” ekranlaşdırılacaq – Tanınmış rejissor tərəfindən

11:20 1 oktyabr 2026
Məşhur aktyorun qızı vəfat etdi

Məşhur aktyorun qızı vəfat etdi

11:00 1 oktyabr 2026
Şakira illər sonra İspaniyada – “Qadınlar artıq ağlamır” adlı konsertlə

Şakira illər sonra İspaniyada – “Qadınlar artıq ağlamır” adlı konsertlə

10:45 1 oktyabr 2026
Koroğlu, Əyyub Quliyev və atalar - Nadir Yalçın yazır

Koroğlu, Əyyub Quliyev və atalar - Nadir Yalçın yazır

10:00 1 oktyabr 2026
“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görüldü

18:30 30 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər