"Oskar - 2019"-un vaxtı bəlli oldu

"Oskar - 2019"-un vaxtı bəlli oldu
24 aprel 2018
# 10:30

“Oskar”ın növbəti təqdimetmə mərasiminin tarixi bəlli olub.

Kulis.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, Amerika kinoakademiyası növbəti mərasimin 2019-cu ilin 24 fevralında keçiriləcəyini açıqlayıb.

Mükafata namizədlərin seçimi yanvarın 7-dən 14-dək nəzərdə tutulub. Nominantlar yanvarın 22-də bəlli olacaq. Kinoakademiklər filmlərə fevralın 12-dən fevralın 19-dək səs verəcək.

Mərasim özü isə Los-Ancelesdə Dolby teatrında keçiriləcək.

Xatırladaq ki, bu ilki “Oskar” t\əqdimetmə mərasimi martın 4-də baş tutdu. Əsas mükafat meksika rejissoru Gilyermo del Toronun “Suyun forması” filminə verildi. Ən yaxşı qadın rolu “Missuridə üç bilbord” filmindəki roluna görə, Frensis Makdormanda, “Ən yaxşı kişi rolu” isə “Qaranlıq zamanlar” filminə görə Harri Oldmana verildi.

# 3356 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər