Afaq Məsud TÜRKSOY-un medalına layiq görüldü

Afaq Məsud TÜRKSOY-un medalına layiq görüldü
21 aprel 2015
# 15:58

Bu gün “JV Marriott Absheron” hotelində 23 aprel – “Ümumdünya Kitab və Müəlliflər Hüququ Günü”nə həsr olunmuş “Müəllif və riyakarlıq, kitab və yalan” (erməni tarixi saxtakarlıqları silsiləsindən) mövzusunda konfrans keçirildi. Kulisin məlumatına görə konfransı Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri cənab Kamran İmanov açdı.

O, öz çıxışında erməni mifomaniyası haqda danışaraq, bədnam qonşularımızın beynəlxalq rəyi çaşdırmaq niyyətindən söz açdı. “Bu gün erməni siyasəti tarixi saxtakarlaşdırmağa cəhd edir, diasporaları bu yöndə fəaliyyət göstərirlər. Qondarma “erməni soyqırımı” iddiasının geniş vüsət almasının, tarixi saxtalaşdırılması cəhdlərinin qarşısının alınması bu gün hər birimizin strateji missiyası olmalıdır”.

Daha sonra YUNESKO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının baş katibi Günay Əfəndiyeva müəlliflik hüquqları sahəsində YUNESKO-nun gördüyü əhəmiyyətli işlərdən söz açdı.

Mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev bu gün bir sıra dünya ölkələrinin heç bir tarixi araşdırma aparılmadan, tarixşünaslıq elminin mənbələrinə söykənmədən, qondarma “erməni soyqırımı”nı dəstəkləməsindən söz açaraq, bu bədnam siyasətlə mübarizənin vacibliyini vurğuladı.

Tədbirdə təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Təhlükəsizlik Nazirliyinin Aparat rəhbəri, general-mayor Fərhad Vahabov da çıxış edərək, ölkəmizin, Qarabağ həqiqətlərinin təbliğatı istiqamətində hər kəsi daha sıx birləşməyə, daha əsaslı işlər görməyə səslədilər. Konfransda TÜRKSOY-un katibi Düsen Kaseinov türkdilli ölkələrin münasibətləri, Azərbaycan Respublikası və Qarabağ həqiqətləri haqqında geniş çıxış edərək, türkdilli ölkələrarası əlaqələrin möhkəmlənməsi istiqamətində görülən işlərdən danışdı.

Tədbirin sonunda ölkələr arasında ədəbi-mədəni əlaqələrin qurulması istiqamətində xidmətlərinə görə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzinin direktoru, yazıçı Afaq Məsud, Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov və Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Fikrət Qoca TÜRKSOY-un medalı ilə təltif edildilər.

Tədbir iştirakçılarına “Tərcümə Mərkəzinin kitabları” seriyasından nəşr edilən Oljas Süleymenovun “Az-Ya” kitabı hədiyyə edildi.

Qeyd edək ki, ölkəmizdə “23 aprel – “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” 1995-ci ildən, “26 Aprel – “Beynəlxalq Əqli Mülkiyyət Günü” isə 2001-ci ildən etibarən hər il qeyd olunur.

# 2158 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər