“Azərbaycan” jurnalının xüsusi buraxılışı

“Azərbaycan” jurnalının xüsusi buraxılışı
24 oktyabr 2019
# 18:44

“Azərbaycan” jurnalının 10-cu nömrəsi oxucuların görüşünə xüsusi buraxılış layihəsi ilə gəlib.

Kulis.az xəbər verir ki, budəfəki təqdimat dramaturgiya ilə bağlıdır. Artıq ənənəyə çevrilmiş bu təqdimatda yazıçı Anar “Şəhərin yay günləri” pyesinin personajlarını otuz il sonra bir yerə toplayıb. Budəfəki görüş qış gecəsində - yanvarı qana boyayan hadisələr ərəfəsində baş tutub. “Şəhərin qış gecələri” köhnə tanışlarla görüşdən nələr vəd edir? Maraqlıdır.

Əli Əmirlinin yeni pyesi də kövrək nostalji vəd edir. Xatirələrdə zamanın izləri haralara gedib çıxmır?... Sumqayıta sevgili deyən qadının duyğularına nəvəsi necə baxır?

Firuz Mustafa “Payız meşəsində vals” birpərdəli pyesində “rəqs meydançası”nı Qarabağda – döyüş səhnəsində “qurub”. Mehman Musabəyli polyak dramaturqu Slavomir Mrojekdən tərcümə etdiyi “Yay günü” əsərini təqdim edir.

Jurnal bu bölümündə yeni bir imza təqdim edir: Nabat Hüseynova. Gənc dramaturq debütünə “Gümüş əsr” dövrünün personalarını dəvət edib.

Ədəbiyyatşünas Təyyar Salamoğlu bu rubrikada “Ədəbiyyat nəzəriyyəçiliyindən ədəbiyyat tarixçiliyinə və nəzəri–metodoloji məsələlərin həllinə doğru” məqaləsi ilə akademik İsa Həbibbəylinin humanitar düşüncənin sərhədlərini genişləndirən səmərəli fəaliyyətindən söz açır.

Unudulmaz Vaqif Səmədoğlu yaradıcılığında sözlə musiqinin sintezini görmək və göstərmək... Professor Rüstəm Kamalın “Valsın son akkordu...” essesinin məramını belə də adlandırmaq olar.

Tənqidçi Nərgiz Cabbarlı bu dəfə “Ədəbi söhbətlər”inə “evin içindən” İntiqam Qasımzadəni dəvət edib. Günel Natiq “Ədəbi talelər”də Heminqueyin izinə düşüb.

Ədəbi prosesdə maraqlı imzaları bu dəfə Vaqif Yusifli və Günay Qarayeva təqdim edirlər. Tural Anaroğlunun “Yad planetli“ kitabından söz açılırsa, jurnalda Xanım Aydının “Sərçə” adlı ilk hekayəsi də diqqət çəkib. Əşrəf Veysəlli, Kəramət, Rizvan Nəsiboğlu, Vəliyulla Novruz, Dayandur Sevgin, Xutra Ramazan oxucuları jurnalın “Poeziya” bölməsində gözləyirlər. Vüsal Nuru da “Kitab rəfi”ni yeniləyib.

# 2828 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər