Özbəksayağı "Taxt-tac oyunları" çəkiləcək

Özbəksayağı "Taxt-tac oyunları" çəkiləcək
18 iyul 2019
# 18:29

Amerika rejissoru Ceykob Şvatrs Özbəkistanda XI-XII əsrlərdə Mərkəzi Asiya xalqlarının tarixi əsasında “Taxt-tac oyunları” üslubunda çoxseriyalı film çəkəcək.

Bunu Özbəkistan Dövlət Turizmin İnkişafı Komitəsinin mətbuat katibi Temur Mirzayev TASS agentliyinə müsahibəsində söyləyib. O deyib: “Şvartsın yaradıcı komandası ilə Özbəkistan Dövlət Turizmin İnkişafı Komitəsinin rəhbərliyi arasında bu irimiqyaslı layihənin reallaşdırılması barədə razılaşma əldə olunub”.

Onun sözlərinə görə, Dövlət Turizmin İnkişafı Komitəsinin mütəxəssisləri bu layihə üçün tərəfdaş seçərkən belə bir faktı nəzərə alıblar ki, Şvarts Mərkəzi Asiya tematikası ilə artıq tanışdır. Onun Özbəkistan haqqında çəkdiyi qısametrajlı film tamaşaçılar tərəfindən yaxşı qarşılanıb.

Tərəflər çəkilişlərin hansı regionlarda və yaşayış məntəqələrində aparılacağı barədə artıq razılıq əldə ediblər. Odur ki, amerikalı rejissorun komandası serialın ilk epizodlarının çəkilişlərinə oktyabrda başlayacaq. Film ingilisdilli olacağına görə onun çəkilişlərinə yalnız xarici aktyorlar cəlb olunacaq. Lakin perspektivdə yerli aktyor və rejissorlar da dəvət edilə bilər.

Özbəkistan Dövlət Turizmin İnkişafı Komitəsində layihənin tarixi gerçəkliyinə böyük diqqət yetirirlər. Regionun tarixi sahəsində mütəxəssis, Turizmin İnkişafı Komitəsi rəhbərinin müşaviri Bəhruz Həmzəyev məsləhətçi təyin edilib. O hesab edir ki, serialın yaradılması üçün uğurlu vaxt seçilib, çünki adətən Yunanıstan, Misir və Skandinaviya mövzularının populyar olduğu xülyalar fabrikində - Hollivudda və dünya kinematoqrafında hazırda Mərkəzi Asiya regionunun xalqlarının tarixinə maraq durmadan artır. Onun fikrincə, şübhəsiz ki, bu film xarici turistlərin Özbəkistana marağını artıracaq.

Dövlət Turizmin İnkişafı Komitəsindən bildiriblər ki, Mərkəzi Asiyanın qədim xalqları haqqında tarixi serialın yaradıcıları “Taxt-tac oyunları”nı örnək götürəcəklər. Amerika yazıçısı Corc Martinin “Buz və alovun nəğməsi” romanları əsasında fentezi janrında çəkilmiş son dərəcə populyar serialın birinci seriyasının premyerası 2011-ci ilin aprelində olub. Bu il mayın 19-da böyük müvəffəqiyyətlə serialın sonuncu seriyası nümayiş etdirilib. /azertag.az/

# 2481 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər