Kulis.az dünyada baş vermiş qeyri-adi hadisələri təqdim edir.
Dəmir yolunda işləyən Cek adlı meymun
1880-ci illərdə Afrikada Cek adında meymun qatar stansiyasında çalışan Ceyms adlı işarət məmuruna köməkçilik edirdi. Ceymsin ayaqları zədəli olduğundan meymun ona kömək edirdi. Meymun işlədiyi 9 il müddətində heç bir səhvə yol vermədi.
Dünyanın ən uzun konserti
2001-ci ildə Almaniyanın Əziz Burçard Kilsəsində baş tutan konsert orjinal versiyası 20 dəqiqə davam edən parçanı 639 il də davam edəcəyinə qərar verdi. Və 2640 ilinə qədər davam edəcək nizamlamalar edildi. Tarixdəki ən uzun konsert olaraq düşünülür.
30 il meşədə yaşayan əsgər
1945-ci ildə İkinci Dünya Müharibəsində meşədə gizlənən yapon əsgəri müharibənin bitdiyinə dair bir mesaj aldı. Ancaq bunun düşmənin bir oyunu olduğunu düşünüb yanındakı 3 əsgərlə mübarizəsini davam etdirdi. 2 əsgər evinə qayıdarkən biri həlak oldu və yapon əsgər meşədə 30 ildən çox yaşadı. 1974-cü ildə səlahiyyətlilər tərəfindən tutuldu. Ancaq ölüm cəzası verilmədi və evinə qayıda bildi.
Buluda ilişən adam
2007-ci ildə 35 yaşındakı Eva Avstraliyada təşkil ediləcək paraşüt çempionatına hazırlaşırdı. Uçuş sırasında təxminən 10 min metrliyə qədər yüksələrkən özünü bir fırtına buludunun içində tapır. Soyuq və oksigen çatışmazlığından dolayı özündən gedir. Lakin buluddan xilas ola bilər və özünə gəlir.
Mumya saxlamaq sağlamlıqdı
11-ci yüz illikdə, elm insanı və həkim Avisenna mumyaların bəzi xəstəliklərin müalicəsində istifadə edə bilinəcəyini dedi. Ancaq Avisennanın elmi məqalələrini tərcümə edən şəxs tərcümə əsnasında etdiyi səhvlə mumyalara sahib olmanın sağlıq gətirəcəyini yazdı. Buna görə 15. yüz illikdə Misirdə mumya cəsədləri satılmağa başlandı. 20-ci yüz ilə qədər bu moda davam etdi.
Sevgilisinə xəyanət edən pinqvin
2007-ci ildə, 11 yaşında bir pinqvin və sevgilisi Yaponiya Zooparkına gətirilir. 10 il bir yerdə yaşayan cütlük ayrılır. Zooparka gənc pinqvin gəlir. Dişi pinqvin ona aşiq olur və sevgilisni tərk edir. Bu zaman tənha qalmış erkək pinqvin üçün pinqvinə bənzər insan maketi qoyulur, erkək pinqvin ona qovuşmaq üçün saatlarla vaxt sərf edir...
Xırda daşlarla malikanə tikən poçtalyon
Fransız poçtalyon Ferdinand məktub gətirib-apardığı sırada xırda daşlar yığırdı. 33 il boyunca topladığı daşlardan özünə bir malikanə tikdi.
İnsan kimi danışan balıq
1971-ci ildə, ingilis vətəndaşı olan şəxs fok balığı saxlamağa başlayır. Ona insan kimi danışmağı öyrədir. Günlər keçdikcə balıq bir-iki söz deyə bilir. Nəhayət gün gəlir, balıq “get burdan” deməyi də öyrənir.
Qulaqları ilə təyyarəni dartan adam
57 yaşı olan “Dəmir Adam” ləqəbli Manjit Sinq təxminən 30 dünya rekordunun sahibidir. Bu rekordlar arasında iki mərtəbəli bir avtobusu saçı ilə çəkmək, qulaqları ilə 85 kq qaldırmaq və təbii ki, yenə qulaqları ilə bir reaktiv təyyarəni çəkmək yer alır.
40 il insanları qorxudan adam
David Conson, San-Fransiskoda yaşayırdı. 1980-ci ildə pul qazana bilmək üçün qeyri-adi bir yola əl atdı. Ağacların budaqlarında gizlənərək, insanların oradan keçməsini gözləyər və qəribə səslər çıxardaraq onları qorxudardı. David 40 ildir ki, bu işlə ildə 60 min dollar qazanır.
Kleptomaniya xəstəsi pişik
2011-ci ildə, 5 yaşındakı Dusti adlı pişik oğurluq xəstəliyi səbəbilə Kaliforniyada məşhur oldu. Dusti qonşularının bağçalarından oğurladığı 600-dən çox əşyanı evinə gətirmişdi. Oğurladığı əşyalara fikir verin: xalçalar, ayaqqabılar, corablar, oyuncaqlar və.s.