Müsabiqənin qalibləri mükafatlandırılıb

Müsabiqənin qalibləri mükafatlandırılıb
6 noyabr 2019
# 14:45

Bu gün Sumqayıtda S.Vurğun adına Mərkəzi Kitabxanada Cəfər Cabbarlının 120 illiyi ilə əlaqədar müsabiqəyə yekun vurulub.

Kulis.az-ın Nazirliyin saytına istinadən verdiyi xəbərə görə, müsabiqə Sumqayıt Regional Mədəniyyət İdarəsinin və şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə keçirilib.

Kitabxananın şöbə müdiri Zemfira Mirzəyeva ədibin həyatı və yaradıcılığı haqqında geniş məlumat verib. Sonra iştirakçıların ifasında monoloqlar dinlənilib.

Münsiflər heyətinin üzvləri - yazıçı-ssenarist, “Zərdabi” mükafatı laureatı Hafiz İmamnəzərli, AYB-nin Sumqayıt Bölməsinin sədri şairə Gülnarə Cəmaləddin, Əməkdar artist Fəarə Musayeva, aktyor Akif Mirzəyev, Sumqayıt Mərkəzi Kitabxana Sisteminin direktoru, Əməkdar mədəniyyət işçisi Yeganə Əhmədova, Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Pərvin Rəsulovun qərarı ilə Mərkəzi Kitabxananın Uşaq şöbəsinin oxucusu Müzəffər Qurbanov, Nizami Gəncəvi adına Kitabxana Klubun oxucusu Araz Hacıyev birinci yerə, M. Rəsulzadə adına Kitabxananın oxucusu Cavidan İsmayıl, incəsənət şöbəsini oxucusu Ayan Hüseynli ikinci yerə, Mərkəzi Uşaq Kitabxanasının oxucusu Gülgün Qasımzadə, Ə. Vahid adına Kitabxana filialın oxucusu Adilə Məmmədova üçüncü yerə layiq görülüblər.

Müsabiqənin qalibləri fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb, fərqlənənlərə təşəkkürnamə təqdim edilib.

# 3864 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər