Azərbaycanın Əməkdar artisti vəfat etdi - Yenilənib

Azərbaycanın Əməkdar artisti vəfat etdi - Yenilənib
1 may 2019
# 17:47

N. Hacıyevanın qızı Cəmilə Davudovanın ONA-ya verdiyi məlumata görə, anası xərçəng xəstəliyindən əziyyət çəkirdi: "Xəstəliyi barədə ötən ilin noyabrında bildik. Bir ay olardı ki, vəziyyəti pisləşmişdi".

N. Hacıyeva ilə vida mərasimi sabah saat 14.00-da yaşadığı mənzildə olacaq. O, Yasamalda köhnə qəbiristanlıqda dəfn olunacaq.

Allah rəhmət eləsin!

17.47

Əməkdar artist, tanınmış diktor Natavan Hacıyeva dünyasını dəyişib.

Bu barədə "Bizimləsən” proqramında məlumat verilib.

Xərçəngdən əziyyət çəkən aparıcının iki gündür ki, vəziyyəti pisləşib. Qeyd olunub ki, o, bir saat bundan əvvəl həyatını itirib.

Xatırladaq ki, Bakıda dünyaya göz açmış Natəvan Hacıyeva orta məktəbi bitirdikdən sonra M.F.Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutuna daxil olub. Ali məktəbdə oxuduğu illərdə müsabiqə yolu ilə Azərbaycan Televiziyasına diktor kimi işə qəbul edilib. 1960-cı ildən Azərbaycan Dövlət televiziyasında rəsmi xəbər aparıcısı olub. 90-cı illərin əvvəllərində televiziyadan uzaqlaşsa da, 1993-cü ildən “Ötənlərdən, keçənlərdən” adlı müəllif proqramı ilə sənətinə qayıdıb.

/unikal.org/

# 5048 dəfə oxunub

Oxşar xəbərlər

Türkiyədə saxlanılan məşhurların test nəticələri açıqlandı

Türkiyədə saxlanılan məşhurların test nəticələri açıqlandı

13:30 16 aprel 2026
“İrəvan: tarixin və itirilmiş irsin əks-sədası”  kitabının təqdimatı keçirildi

“İrəvan: tarixin və itirilmiş irsin əks-sədası” kitabının təqdimatı keçirildi

13:00 16 aprel 2026
Vilayət Quliyevin yeni kitabının təqdimat mərasimi keçirildi

Vilayət Quliyevin yeni kitabının təqdimat mərasimi keçirildi

12:20 16 aprel 2026
Şekspirin Londondakı yeganə evi tapıldı

Şekspirin Londondakı yeganə evi tapıldı

12:05 16 aprel 2026
Yasamalda kirayə qalan azərbaycanlı cavan oğlanın dərdi - Nihat Pir

Yasamalda kirayə qalan azərbaycanlı cavan oğlanın dərdi - Nihat Pir

12:00 16 aprel 2026
“Teleradio”ya yeni rəhbər təyin edildi

“Teleradio”ya yeni rəhbər təyin edildi

11:55 16 aprel 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər