Kitab Muzeyində müğənni ilə görüş

Kitab Muzeyində müğənni ilə görüş
23 mart 2019
# 09:55

Miniatür Kitab Muzeyində məşhur bolqarıstanlı müğənni, “Qızıl Orfey” beynəlxalq mükafatının birinci sahibi Yordanka Xristova ilə görüş təşkil edilib.

Y.Xristova Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahovanın dəvəti ilə Bakıdadır. Müğənnini Z.Salahova ilə uzunmüddətli, səmimi və dostluq münasibətləri birləşdirir.

Tədbiri açan Z.Salahova ölkəmizdə artıq bir neçə dəfə səfərdə olan bolqarıstanlı müğənninin yaradıcılığının yüksək qiymətləndirildiyini söyləyib. O qeyd edib ki, Y.Xristovanın iştirakı ilə Kuba Respublikasının görkəmli xadimlərinə həsr olunan bir sıra miniatür kitablar ərsəyə gəlib. Onların arasındakı bu əməkdaşlıq isə sonradan dostluğa çevrilib.

Y.Xristova, öz növbəsində, Z.Salahovaya səmimi görüşə və qonaqpərvərliyə görə minnətdarlığını bildirib, Azərbaycan milli mətbəxindən və Novruz bayramının geniş qeyd olunmasından heyranlığını vurğulayıb.

Y.Xristova məşhur Azərbaycan mahnısını bolqar dilində ifa etməsi ilə tədbir iştirakçılarını heyrətləndirib.

Görüş çərçivəsində müğənni, həmçinin digər mahnılar, xüsusən ispan dilində mahnılar ifa edib.

Bolqarıstanın və Kubanın ölkəmizdəki səfirləri Nikolay Yankov və Alfredo Fidel Nyevesin, həmçinin Azərbaycanın tanınmış ictimai xadimlərinin, ziyalılarının da iştirak etdiyi tədbir səmimi şəraitində keçib.

Sonda Y.Xristova belə gözəl tədbirin təşkilinə görə Z.Salahovaya, diqqət və alqışlara görə isə iştirakçılara minnətdarlığını bildirib.

# 4101 dəfə oxunub

Oxşar xəbərlər

Şair Çingiz Əlioğlu vəfat etdi

Şair Çingiz Əlioğlu vəfat etdi

13:52 9 avqust 2026
Tuve Yanssonun möcüzəli aləmi - Onu niyə  "muminlərin anası" adlandırırdılar?

Tuve Yanssonun möcüzəli aləmi - Onu niyə "muminlərin anası" adlandırırdılar?

13:30 9 avqust 2026
"Kiçik qüsurlara istehza edəndə xeyirxah olmalıyıq..." - İrland filsofdan sitatlar

"Kiçik qüsurlara istehza edəndə xeyirxah olmalıyıq..." - İrland filsofdan sitatlar

12:30 9 avqust 2026
Dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı

Dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı

10:30 9 avqust 2026
"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

12:30 8 avqust 2026
Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər