Emin Sabitoğlu anılıb

Emin Sabitoğlu anılıb
1 dekabr 2017
# 17:44

Fəxri xiyabanda xalq artisti Emin Sabitoğlunun məzarı ziyarət olunub.

APA-nın məlumatına görə, ziyarətdə mədəniyyət və incəsənət xadimləri, musiqiçilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə Emin Sabitoğlunun müasir Azərbaycan musiqisinin inkişafındakı xidmətlərindən danışıb. Bəstəkarı dillər əzbəri olan mahnıların, musiqi xəzinəsini zənginləşdirən simfonik əsərlərin müəllifi kimi dəyərləndirən Firəngiz Əlizadə bildirib ki, Emin Sabitoğlu yaradıcılığa başlayandan az sonra böyük populyarlıq qazanıb: “Onun mahnılarını biz hər yerdə eşidirik. Emin Sabitoğlu eyni zamanda gözəl filmlərə, teatr tamaşalarına musiqilər yazıb. Onun əsərləri hər zaman insanlar tərəfindən böyük zövqlə, sevgi ilə dinlənilib, qəbul edilib. Azərbaycanın musiqi mədəniyyətində Emin Sabitoğlunun özünəməxsus yeri, imzası var”.

Bəstəkarın qızı, Bakı Musiqi Akademiyasının professoru Ceyran Mahmudova 80 illik yubileyi çərçivəsində Emin Sabitoğlunun yaradıcılığına həsr olunan silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb. Atası haqqında xatirələrini bölüşən C. Mahmudova bəstəkarın xatirəsinə göstərdiyi diqqətə görə Azərbaycan dövlətinə və Bəstəkarlar İttifaqında təşəkkürünü bildirib.

Qeyd edək ki, Emin Sabitoğlu 2 noyabr 1937-ci ildə Bakıda yazıçı Sabit Rəhmanın ailəsində anadan olub. Musiqi məktəbindən sonra 1954-cü ildə Konservatoriyaya Qara Qarayevin sinfinə daxil olub. İki ildən sonra isə Çaykovski adına Moskva Dövlət Konservatoriyasına Yuri Şoporinin bəstəkarlıq sinifinə keçirilib. Emin Sabitoğlu 18 noyabr 2000-ci ildə Bakıda vəfat edib.

# 1896 dəfə oxunub

Oxşar xəbərlər

Tarixi-mədəni abidələrlə bağlı mobil tətbiq hazırlanır

Tarixi-mədəni abidələrlə bağlı mobil tətbiq hazırlanır

17:30 5 mart 2026
“Əməkdar elm xadimi Yaşar Qarayev – 90”  adlı sərgi açıldı

“Əməkdar elm xadimi Yaşar Qarayev – 90” adlı sərgi açıldı

17:00 5 mart 2026
Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

Səməd Vurğunun 120 illik yubileyi qeyd edildi

16:38 5 mart 2026
Prezident Kitabxanasında Tamilla Axundova ilə görüş təşkil olundu

Prezident Kitabxanasında Tamilla Axundova ilə görüş təşkil olundu

15:50 5 mart 2026
Elton Conun ailə fotosu Milli Portret Qalereyasında asıldı

Elton Conun ailə fotosu Milli Portret Qalereyasında asıldı

15:08 5 mart 2026
Bu əsəri ancaq cümə və bazar günləri görə bilərsiniz - Səbəb

Bu əsəri ancaq cümə və bazar günləri görə bilərsiniz - Səbəb

14:30 5 mart 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər