Şou proqramlarda maşını necə qazanmalı?

Şou proqramlarda maşını necə qazanmalı?
13 noyabr 2017
# 17:05

İntellektin ölçüsü insanın dəyişmək bacarığıdır.

Albert Eynşteyn

Ötən əsrin 80-ci illərində Amerika tele-oyun verilişlərinin birində çox maraqlı bir təklifi olan oyun keçirilirdi. Maraqlı olan hissəsi təbii ki, bir qədər azartla bağlı idi, lakin məntiqli olan hissəsi də vardı. “Təsəvvür edin ki, sizin üç qapıdan birini seçməyinizlə bağlı olan oyunun iştirakçısısınız. Qapıların birinin arxasında avtomobil var, qalan ikisində isə – qoçlar. Siz qapılardan birini seçirsiniz, məsələn, nömrə 1, bundan sonra avtomobilin və qoçların harda olduğunu bilən aparıcı qalan qapılardan birini, arxasında qoç olan qapını açır, məsələn, nömrə 3. Bundan sonra o sizdən soruşur, – öz seçiminizi dəyişərək 2 nömrəli qapını seçmək istəmirsinizmi? Öz seçiminizi dəyişdirsəniz və aparıcının təklif elədiyi seçimi edərək maşını qazanmaq üçün şansınız artacaqmı?”

İştirakçılar çox zaman seçimlərini dəyişmirdilər, çünki bu aparıcı tərəfindən olan bir psixoloji təsir ola bilərdi. Lakin sonradan aparılan statistik araşdırmalar göstərir ki, aparıcının məsləhət gördüyü qapını açanda, həqiqətən də xoşbəxt sima ilə evə qayıtmaq mümkün olur – qırmızı, hər kəsin arzusu olan maşınla.

1990-cı ildə “Parade” jurnalı bu hadisəyə, həmin tele-şounun aparıcısının adı ilə bağlamışdı, yəni “Monti Holl problemi” adını verərək yayımlamışdı. Bu adla paradoks çoxdan məşhur olmasına baxmayaraq, jurnal daha sadə izah etmişdi (bu izahı biz yuxarıda təqdim etmişik).

Bu məqalə yayımlanandan sonra məlum oldu ki, tapşırıq düzgün formalaşdırılmayıb: bütün şərtlər qoyulmayıb. Məsələn, aparıcı “cəhənnəm kimi Monti” strategiyasından istifadə edə bilər: yalnız iştirakçı avtomobili seçən zaman, öz fikrini dəyişdirməyi təklif etsin. Lakin bu formalaşdırma çox da düzgün deyil.

Belə ki, əgər siz bu tapşırığı evdə, dostlarınızla birlikdə təşkil etsəniz, nəticədə görərsiniz, “hər dəfə seçimi dəyişdirməyi təklif edən aparıcı, 66,6 faiz halda sizi uğura aparır”. Lakin əgər öz seçiminizdə qalsanız, uğur sizi yalnız 33,3 faizdə gözləyir.

İlkin düşünəndə bu çox yanlış görsənir. Çünki üç seçimin hər birinin payına uğur faizi bərabərdir, yəni bu rəqəm 33,3 faizdir, biz üç seçim edirik axı. Lakin aparıcının məsələyə qarışması və bizə seçim imkanı üçün iki mümkün variantı saxlaması məsələni dəyişdirir. Düşünülə bilər ki, onun məsələyə qarışması 50/50 seçimi imkanını yaradır, lakin bu belə deyil.

1/3 ehtimalla maşın birinci (seçdiyiniz) və 2/3 ehtimalla o qalan iki qapıdan birindədir. İkinci qapının arxasında onun olmayacağını bildiyimiz üçün o, çox güman ki, üçüncü qapının arxasındadır. Ona görə də qapını dəyişmək lazımdır. Çünki seçimi dəyişməklə siz məlum olan qapının ehtimalının üçüncü qapıya əlavə olunmuş ehtimalını alırsınız. Yəni birinci seçiminiz 1/3 ehtimalla, aparıcının təklif etdiyi isə 2/3 ehtimala malikdir.

Bu paradoksun yaranması bizim beynimizdə daha qlobal sual yaradır: Öz fikrimizi dəyişdirmək lazımdırmı?

Amazonun yaradıcısı Cef Bezos “Signal v Noise” ofisində olanda, işçilərin birinin “insanların çox zaman haqlı olmaları” haqqında sualına belə cavab verdi:

“Haqlı olan insanların çoxu daim fikirlərini dəyişən insanlar olublar. Mən fikir ardıcıllığını və sabitliyi insanda pozitiv bir şey olduğunu hesab etmirəm. Çox yaxşıdır, hətta əhsənə layiqdir ki, sabah sizdə yaranan ideya dünənki ilə tam əks olsun”.

O, həm də vurğulamışdı ki, ən ağıllı insanlar, öz fikirlərini daim nəzərdən keçirirlər, artıq həll etdikləri məsələlərə qayıdırlar. Onlar yeni ideyalara, fikirlərə və düşüncələrinə əks olan yeni bir şeyə həmişə açıqdırlar.

Bundan əlbəttə ki, “öz düşüncənə sahib olmaq lazım deyil” qənaəti çıxmır, əslində hər bir fikri müvəqqəti doğru saymaq lazımdır.

“Signal v Noise”-un əməkdaşı olan Ceyson Frayd tərəfindən yazılmış bu bloqun davamında Cef Bezos dizayner olduğu müddətdə, necə də fikir dəyişməyə çətinlik çəkdiyi haqqında danışır. Nəyisə hazırlamaq üçün olan bütün planlar – bir müddət keçəndən sonra lazım olmadığı ortaya çıxır; bir az da bu məsələ haqqında düşünsək, görərik ki, əvvəlcədən etdiyimiz hər bir iş bizim ziyanımıza işləyir. Bezos qeyd edir ki, insanların fikirlərini öyrənmək, statistik araşdırmalar etmək onu öz fikrinə aksioma kimi yox, bir yoxlanılmamış nəzəriyyə kimi yanaşmasına şərait yaradıb.

“Reallıq haqqında olan böyük bir düşüncə və onun işlək olması belə proyeksiyadır, həqiqət deyil. Xəritə (bizim fikir), nə qədər düzgün olsa da, həmişə sxema, xəritə kimi qalır, əraziyə (reallığa) çevrilmir”, - Cef Bezos fikrini bu cümlələrlə sonlandırır.

“Tənqidi Düşüncə (The Critical Thinking)” saytının bu mövzu haqqında çıxarışı belədir: “İnsanların böyüdükcə, dəyişməyə daha az yönümlü olduğu hamı tərəfindən qəbul edilmiş səhv bir fikirdir. Bu “yüksək böyümə periodu” və həyatın başlanğıcı zamanı dəyişiklərin tədricən (az) baş verməsinin qarşılaşdırılması ilə bağlıdır. Həqiqət ondadır ki, insanlar öz zehni qabiliyyətlərini daim dəyişməyə və kəskinləşdirməyə qadirdirlər; sadəcə bu zaman daha çox vaxt və cəhd göstərmək lazımdır”.

Beləliklə, dəyişməyin yaşla bağlı olmadığını və bunun əla bir şey olduğunu öyrəndik! – doğrudur, həddindən artıq pozitiv səslənir. Lakin yeganə fakt var ki, əgər siz Montinin verilişində iştirak və onun dediyi seçimi etsəydiniz – bahalı və gözəl avtomobil qazanacaqdınız! ya da...

Mirzə İskəndərov

# 1196 dəfə oxunub

Oxşar xəbərlər

Azərbaycanın Xalq artisti vəfat etdi

Azərbaycanın Xalq artisti vəfat etdi

00:10 26 noyabr 2024
“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

“Casus uşaqlar”ın aktyoru zorakılıqda ittiham olunur

18:49 25 noyabr 2024
Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

Şaxtalı Sibirə əbədi istilik gətirən azərbaycanlı - Surqutdan REPORTAJ

17:35 25 noyabr 2024
Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olundu

16:13 25 noyabr 2024
Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

Bəstəkar və xalq mahnılarının yeni caz üslubunda təqdimatı olub

15:55 25 noyabr 2024
İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

İndi yaxşı adam olmaq axmaqlıqdır... - Samir Mirzə

15:22 25 noyabr 2024
#
#
# # #