Kamal Abdullanın hekayələr kitabı çıxıb

Kamal Abdullanın hekayələr kitabı çıxıb
30 yanvar 2017
# 15:22

Yazıçı Kamal Abdullanın yeni kitabı işıq üzü görüb. Kulis.azın məlumatına görə “Edam vaxtını dəyişmək olmaz” adlı kitabda müəllifin çap olunmuş və çap olunmamış hekayələri yer alıb.

Onları birləşdirən bədii-estetik xətt mahiyyət etibarilə, müəllifin bütün bədii yaradıcılığından keçir.

“Edam vaxtını dəyişmək olmaz” hekayələr kitabının redaktoru Əliş Mirzallı, ön sözün müəllifi tanınmış teatrşünas, tənqidçi Aydın Talıbzadədir.

Kitabda Kamal Abdullanın “Qar”, “Uçuş”, “Adaşlar”, “Platon, deyəsən, xəstələnib”, “Sirri-zəmanə”, “Mağara”, “Korneliusun ölümü”, “Mənə uçmağı öyrət”, “Kölgə”, “Göyəzən dağının ilahəsi”, “Sağlıq”, “Edam vaxtını dəyişmək olmaz”, “Səsimdən yapış”, Hacı Mir Həsən ağa Səyyah” hekayələri yer alıb.

Öz sözün müəllifi Aydın Talıbzadə qeyd edir ki, Kamal Abdullanın hekayələr kitabı uçmaq və uçanlar haqqındadır: “Osa götürüb toplumu adlandırıb “Edam vaxtını dəyişmək olmaz”. Hm… Qəribədir, deyilmi? Ad detektiv tapançası kimi sərlövhədən birbaşa tuşlanır adamın gicgahına. Əslində isə heç elə deyil. Bu hekayələri mən “quyu hekayələri” adlandırardım, “səssiz hekayələr” adlandırardım. Vaxt edam olunanda səslər kəsilir”.

Aydın Talıbzadə vurğulayır ki, yazıçının əsl hədəfi hekayələr uydura-uydura, uydurduğunu sözlər harmonasiyasında təsvirləyə-təsvirləyə, təsvir etdiyini bədii bütövcəyə çevirə-çevirə “yox olmaq” və göylərə uçmaqdır: “Nirvana.. Hekayələrində Kamal vaxtı dayandırmağı xoşlayır, “təkcənəlik dünyası”nı xoşlayır, özünə “enib” keçmişi özündə vərəqləməyi xoşlayır. “Yarımçıq əlyazma”lar Kamal Abdullanın içindədir”.

# 2999 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər