Kukla teatrında yeni tamaşalar olacaq

Kukla teatrında yeni tamaşalar olacaq
6 sentyabr 2019
# 16:42

A. Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı yeni mövsüm üçün bir neçə yeni səhnə əsəri hazırlayır.

Teatrrdan kulis.az-a verilən xəbərə görə, yeni tamaşalar Azərbaycan xalq nağıl və dastanları əsasında hazırlanır. Belə ki, sənət ocağının yaradıcı kollektivinin “Yeddi nar çubuğu” əsasında ərsəyə gətirəcəyi tamaşanın səhnələşdirəni Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir. Səhnə əsəri ilin sonunadək teatrsevərlərin ixtiyarına veriləcək. Tam müasir tərtibat, yeni səhnə vasitələrinin tətbiqi ilə hazırlanan səhnə əsərində klassik nağıl-tamaşa, vizual elementlərlə ənənəvi kukla üslubunun sintezi təqdim olunacaq.

İlin sonunadək “Kitabi-Dədə Qorqud” dastanı əsasında türkiyəli dramaturq Hasan Erkekin yazdığı “Adını qazanan oğlan” pyesi də səhnə həllini tapacaq. Tamaşaya teatrın rejissoru Anar Məmmədov quruluş verir.

Qəhrəmanlıq, sədaqət və cəsarətin tərənnüm olunduğu səhnə nümunəsinin quruluşçu rəssamı İqbal Əliyev, bəstəkarı Vüqar Camalzadədir.

IV rübün son tamaşası isə A.S. Puşkinin “Balıqçı və balıq” nağılı əsasında hazırlanacaq “Qızıl balıq”dır. Bu tamaşa da Anar Məmmədovun quruluşunda hazırlanacaq. Səhnə işinin quruluşçu rəssamı Əfşan Əsədovadır. Musiqi tərtibatlı tamaşa tam klassik kukla sənəti estetikasında hazırlanır.

Özünün rəngarəng repertuar ənənəsinə sadiq qalan teatrda “Biri vardı, biri yoxdu” adlı nağıl-tamaşa da hazırlanacaq. Qurban Məsimovun Azərbaycan xalq nağıllarının məşhur personajlarının səhnə şousu adlandırdığı bu nümunə daha çox festivallar üçün nəzərdə tutulur.

Teatrda klassikləşən tamaşaların yeni səhnə həyatı qazanaraq təqdim olunması da artıq ənənə halını alıb. Bu işin davamı olaraq repertuarda xüsusi yeri olan, lakin özünün tərtibat baxımından ömrünü başa vuran “Qoçaq Əhməd” və “Məlikməmməd” tamaşaları da tam yeni səhnələşdirmə və quruluşda yenidən balacaların görüşünə gələcəklər.

# 4050 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər