Şeir müsabiqəsinin nəticələri bilindi - Fotolar

Şeir müsabiqəsinin nəticələri bilindi - Fotolar
22 iyun 2019
# 13:24

İyunun 21-də​ Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında “Nəsimidən Fizuliyə - Azərbaycan klassik poeziyasının dahiləri” adlı ədəbi-bədii gecə keçirilib.

Kulis.az xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumu Avrasiya Regional Mərkəzi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Dini Araşdırmalar Mərkəzi və Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən tədbirdə, eyni zamanda bu ilin əvvəlindən gənc şairlər arasında elan olunmuş şer müsabiqəsinə yekun vurulmuş və müsabiqənin qalibləri də mükafatlandırılıb.

Tədbiri təşkilatçı qismində giriş sözü ilə açan Dini Araşdırmalar Mərkəzinin rəhbəri Natiq Rəhimov bu kimi müsabiqələrin klassik poeziyamızı gənclər arasında populyarlaşdırmaq, daha yaxşı tanıtmaq və ənənələri qorumaq istiqamətindəki məqsədləri barədə iştirakçılara məlumat verib. Qəzəlxan şair Arif Buzovnalı orta əsrlər Şərq irfan poeziyasında hər iki şairin yaratdıqları məktəb, eləcə də onların poetik simvolları barədə çıxış edib. Azərbaycan Musiqi Akademiyasının professoru, filoloq Tərlan Quliyev Nəsimi və Füzulinin Azərbaycan və Şərq poeziyasında oynadığı rolu, o cümlədən, bu şairlərin poeziyası arasında olan fərqlər barədə məruzə ilə çıxış edib. Azərbaycan Yazarlar Birliyinin (AYB) katibi, şair və esseist İlqar Fəhmi öz çıxışında bu cür tədbirlərin keçirilməsinin Nəsimi və Füzuli irsinin Azərbaycanda qorunmasını xüsusi vurğulayıb.

Daha sonra qaliblərin (1-ci yer – Kamal Hüseynzadə, 2-ci yer – Vəlixan Abdullauev, 3-cü yer – Xəyal İsmayılov), eləcə də yaradıcılığı ilə fərqlənən şairlərin (Tahirə Bərraq, Əlhəm Hüseyzadə) adları elan edilib və onlar iştirakçılar qarşısında öz şeirlərini oxuduqdan sonra mükafatlarla təltif olunublar.

Daha sonra İƏT Gənclər Forumu Avrasiya Regional Mərkəzinin İdarə Heyətinin sədri Elçin Əsgərov, eləcə də tədbirə xarici qonaq qismində qatılmış İraq Respublikası nümayəndəsi Əli Mutar Əl-Şükri çıxış edərək “Nəsimi İli” təşəbbüsünün Azərbaycan ədəbiyyat və mədəniyyətin qorunması və dünyada tanıtdırılmasına yönəlmiş əhəmiyyətli addım olduğunu, bu cür tədbirlərin keçirilməsinin vacibliyini qeyd ediblər.

Tədbir muğam ustalarının musiqili proqramı ilə davam edib.

# 3532 dəfə oxunub

Oxşar xəbərlər

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

“Əsrlərin sədasında xalça sehri” sərgilənəcək

18:30 19 avqust 2025
Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

Ceyk Qaylenhal və Kevin Kostner eyni layihədə

18:20 19 avqust 2025
Şair Məmməd İsmayıl vəfat etdi

Şair Məmməd İsmayıl vəfat etdi

16:10 19 avqust 2025
Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

Narkozdakı qadının çılpaq videosunu paylaşan “həkim” rüsvayçılığı - “Dost” Estetik Mərkəzindən xəstəyə düşmən münasibət

15:54 19 avqust 2025
Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən  şair - Onun əsərləri niyə  qadağan edilmişdi?

Rəsulzadənin istinad etdiyi, "sənət həyat üçündür" prinsipinə əməl edən şair - Onun əsərləri niyə qadağan edilmişdi?

15:10 19 avqust 2025
"Sunday Times”ın  “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap  macəraları...

"Sunday Times”ın “yolundan çıxmış saf pornoqrafiya” adlandırdığı roman - "Lolita"nın çap macəraları...

15:00 19 avqust 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər