Çılpaq qadınlar müsəlman yığıncağında VİDOE

Çılpaq qadınlar müsəlman yığıncağında <span style="color:red;">VİDOE
14 sentyabr 2015
# 11:31

Parisdə keçirilən məclisə çadrada daxil olan 25 və 31 yaşlı iki fəal qəflətən çadralarını atıblar.

Femen qadın haqları təşkilatından iki fəal sentyabrın 13-də Parisdə müsəlmanların qadınlara həsr edilmiş konfransını pozub.

Qərb mediasının xəbərlərinə görə, qadınlar müsəlman konfransına döşləri açıq halda daxil olandan bir qədər sonra polis tərəfindən həbs ediliblər.

Feminist qrupun sözçüsü Inna Shevchenko deyib ki, bu konfransda “iki təməlçi vaiz “qadınları döymək olarmı” mövzusunda nitq etməli idi”.

Məclisə çadrada daxil olan 25 və 31 yaşlı iki fəal gözlənilmədən çadralarını atıblar. Onlardan biri sinəsinə “Məni kimsə tabe etdirə bilməz”, digəri isə “Mən öz mülkiyyətiməm” yazmışdı.

Qadınlar natiqin əlindəki mikrofonu almış, ərəb və fransızca feminist şüarlar səsləndirmişlər. Bunun ardınca səhnəyə çıxan 15-dək kişi onları qamarlayaraq polisə təslim ediblər.

Hadisənin videosunda kişilərdən birinin qadını vurduğu görünür.

Xanım Shevchenko-nun dediyinə görə məclisin iştirakçısı olan kişilər “iyrənc fahişlər” və “öldürün onları” kimi təhqir və hədə yağdırıblar.

Qadınlar polis məntəqəsində dindirildikdən az sonra sərbəst buraxılıblar, lakin konfrans təşkilatçıları qadınların məsuliyyətə cəlb olunmasına çalışacaqlarını vəd ediblər.

Fransa mətbuatı yazır ki, bu konfransda çıxışçılar qadınları üzlərini örtməyə çağırır, əks halda cəhənnəm odunda yanacaqları ilə qorxudurdular.

Müsəlmanların bu tədbiri barədə sosial mediada əvvəlcədən xəbərlər çıxdığına görə, onun qarşısının alınması üçün feministlərin tərtib etdiyi petisiyanı 6 min nəfər imzalamışdı. /oxu zali/

# 2436 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər