“Əli və Nino”ya piratçılıq ittihamı

“Əli və Nino”ya piratçılıq ittihamı
27 iyul 2015
# 12:54

Məşhur yazıçı Elçin Səfərli “Əli və Nino” mağazalar şəbəkəsini məhkəmə verir. Kulisin 1news.Az-a istinadən verdiyi xəbərə görə yazıçı bu barədə özünün Facebook səhifəsində bildirib.

O, kitab mağazasını pirat kitablar satmaqda ittiham edir. Yazıçı kitablarının pirat nüsxələrinin satışının dayandırılması üçün “Əli və Nino”ya və şəxsən Nigar Köçərliyə müraciət etsə də nəticə müsbət olmayıb: “Kitablarımın saxta nüsxələrinin hazırlanması və satışı hələ də davam edir. Pirat kitabların qiyməti 12 manatdır, baxmayaraq ki, orijinal 8 manatdan baha deyil. Özü də nazik, boz kağızdan, aşağı keyfiyyətli üz qabığından hazırlanıb, kitabın üzündəki şəklin rəngləri də bir-birinə qarışıb.”

“Ali və Nino” mağazalar şəbəkəsinin direktoru Rəna Canıyeva Elçin Səfərlinin ittihamına cavab verərək bildirib ki, piratçılıq kitab bazarının ən böyük problemlərindən biridir: “Bizim şəbəkə bununla mübarizə aparır. Biz dəfələrlə mediada bu problemi qaldırmışıq. Onsuz da çətin şəraitdə işləyirik, bir yandan da işbazlar bazarı qanunsuz çap olunmuş kitablarla doldururlar. Bizim şəbəkənin dünya üzrə 100 mindən çox nəşriyyat və kitab ticarətçisi ilə müqavilələri var. Bütün kitablar bizə Rusiya, Avropa və Türkiyədən gəlir. Oxucular tez-tez müasir nəşrlərin keyfiyyətindən şikayətlənirlər. Axı əvvəllər kitablar keyfiyyətli ağ kağızda çap olunurdu. Şəbəkəmiz oxuculara 100 mindən çox nəşr təqdim edir. Buna görə də müəllif və nəşriyyatların münasibətlərini izləmək imkanımız yoxdur. Ümumiyyətlə kitab çapı sahəsində belə bir normativ yoxdur. Biz nəşriyyat və kitab ticarətçiləri ilə birbaşa işləyirik. Xatırladım ki, bir müddət əvvəl bir sıra yerli yazarlar da bizi onların kitablarını satmamaqda ittiham etmişdilər. Onda da, indi də biz eyni mövqedən çıxış edirik. Kitab mağazası birbaşa müəlliflərlə işləməli deyil. Biz rəsmi müqavilələr əsasında işləyirik və istər yerli, istərsə də beynəlxalq hüquq normalarına riayət edirik.

# 2527 dəfə oxunub

Oxşar xəbərlər

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

Yeseninin "vəhşi ilahəsi" - O, niyə ABŞ vətəndaşlığından imtina etmişdi?

14:30 26 may 2026
“Xalq şairi Söhrab Tahir – 100”  adlı sərgi açıldı

“Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açıldı

14:15 26 may 2026
Eldost Bayram:  "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

Eldost Bayram: "Özəl televiziyalarda başqa şey tələb edəcəkdilər..." - Müsahibə

14:00 26 may 2026
İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə  həbs etmişdilər?

İlk Türkoloji Qurultaydan sonra "qara siyahı"ya düşən alim - Onu niyə həbs etmişdilər?

13:30 26 may 2026
"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

"Bu, birbaşa dövlətə xəyanətdir" - Zvyaqintsevə qarşı sərt ittiham

12:30 26 may 2026
100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

100 ildir axtarılan rəsmlər tapıldı - Hərraca çıxarılarkən aşkar edildilər

12:00 26 may 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər