Xalq artistinin xatirəsi yad olunub

Xalq artistinin xatirəsi yad olunub
31 may 2019
# 16:45

Mayın 31-də Azərbaycan bəstəkarlıq sənətinin görkəmli nümayəndələrindən biri, Xalq artisti Oqtay Zülfüqarovun anadan olmasının 90 ili tamam olur.

Kulis.azın verdiyi xəbərə görə, bu münasibətlə musiqi ictimaiyyəti nümayəndələri ikinci Fəxri xiyabanda bəstəkarın məzarını ziyarət etdilər.

Anım mərasimində çıxış edən Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə Oqtay Zülfüqarovun həyat və fəaliyyətindən danışdı. Qeyd etdi ki, sənətkar Azərbaycan bəstəkarlıq məktəbinin inkişafına mühüm töhfələr verib. Geniş yaradıcılıq diapazonuna malik olan Oqtay Zülfüqarov öz istedadını musiqinin müxtəlif janrlarında sınayıb, simfonik, instrumental və kamera əsərləri yaradıb. Onun iki simfoniyası, violonçel, fleyta və simfonik orkestr üçün konsertləri, “Şənlən, mənim xalqım” uvertürası, “Pişik və sərçə” nağıl-operası, “Sehrli alma” uşaq baleti, simli kvartetləri, fortepiano triosu, mahnı və romansları musiqi tariximizdə özünəməxsus yer tutur. Yaradıcılığının böyük bir qismini uşaqlara həsr edən bəstəkarın “Oxuyur Aysel” silsiləsi, “Telefon”, “Qatar”, “Ovçu”, “Gəlinciyim”, “Kim sevirsə idmanı”, “Məstanım” və başqa mahnıları bir neçə nəsil uşaqların dillər əzbəri olub.

Ailəsi adından çıxış edən Əməkdar incəsənət xadimi, bəstəkar Cahangir Zülfüqarov atasının xatirəsinə göstərilən ehtirama görə öz minnətdarlığını bildirdi.

Qeyd edək ki, Oqtay Zülfüqarov Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq fakültəsində dahi bəstəkar Qara Qarayevdən sənətin sirlərini öyrənib. 20 ildən çox Azərbaycan Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri kimi səmərəli fəaliyyət göstərib, gənc musiqiçilər nəslinin yetişdirilməsinə əmək sərf edib. 1972-ci ildə Əməkdar incəsənət xadimi, 2000-ci ildə Xalq artisti fəxri adlarına, 2009-cu ildə “Şöhrət” ordeninə layiq görülüb. Musiqi mədəniyyətimizdə silinməz iz qoyan bəstəkar 2016-cı il avqustun 31-də vəfat edib.

# 4520 dəfə oxunub

Oxşar xəbərlər

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

Şuşada “Sadıqcanın evi”nin bərpadan sonra açılışı oldu

16:36 11 iyul 2026
Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

Tabuları yıxan yazıçı - O, niyə sevgilisini övladlığa götürmüşdü?

14:28 11 iyul 2026
Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

Bizi gözləyən təhlükə! - Ailələr niyə əvvəlki kimi çox uşaq sahibi olmaq istəmirlər?

14:00 11 iyul 2026
Məşhur aktyor zorlama ittihamından bəraət aldı

Məşhur aktyor zorlama ittihamından bəraət aldı

12:43 11 iyul 2026
Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

Qəbələ Beynəlxalq Musiqi Festivalının ilk günündə balet qala-konserti keçiriləcək

12:00 11 iyul 2026
Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

Kinematoqrafçılar İttifaqında “Torpağı sanı yaşayasan” filmi nümayiş olundu

11:00 11 iyul 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər