İsveçdə Azərbaycan teatrı yaradıldı

İsveçdə Azərbaycan teatrı yaradıldı
26 mart 2019
# 10:03

İsveçin paytaxtı Stokholmda, burada yaşayan gənc azərbaycanlılardan ibarət “Tumurcuq” adlı teatr fəaliyyətə başlayıb.

Yeni teatrın fəaliyyətə başlamasına həsr olunmuş tədbirdə, ölkəmizin İsveç Krallığındakı səfirliyinin əməkdaşları, İsveçdə yaşayan diasporamızın fəalları və İsveç ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

“Tumurcuq” teatrının bədii rəhbəri Sevinc Nəzərli yeni yaradılmış teatrın mahiyyəti və qarşıya qoyulan məqsədlər barədə məlumat verərək, gələcək planlardan söz açıb. O qeyd edib ki, yeni teatr vətəndən uzaqda, İsveçdə yaşayan azərbaycanlı gəncləri və uşaqları milli mədəniyyətimizlə yaxından tanış etməklə yanaşı, yerli İsveç ictimaiyyətinə Azərbaycan incəsənəti və mədəniyyətini tanıtmağa köməklik göstərəcək. Teatrın İsveçdə artıq fəaliyyət göstərən türk teatrı ilə əməkdaşlıq etdiyini və diasporumuz tərəfindən dəstək aldığını bildirən Sevinc Nəzərli, məşqlərin hər həftə keçiriləcəyini və yeni təkliflərə açıq olduqlarını bildirib.

İsveçdəki Türk teatrının rəhbəri və rejissoru Burcu Ada Soysop, yaradılan yeni teatrın əhəmiyyətini qeyd edərək, bu münasibətlə tədbir iştirakçılarını təbrik edib. O, İsveçdə ilk türk teatrının 50 il öncə yaradıldığını vurğulayıb.

Sonra “Tumurcuq” teatrının gənc aktyorları tədbir iştirakçılarına təqdim olunub. Çıxış edən gənc aktyorlar belə bir teatrın fəaliyyətə başlamasına görə, minnətdarlıqlarını bildirərək burada ana dilini və milli mədəniyyətimizi daha yaxşı tanımağa şəraitin yaradıldığını vurğulayıblar. /azertag.az/

# 4056 dəfə oxunub

Oxşar xəbərlər

Şair Çingiz Əlioğlu vəfat etdi

Şair Çingiz Əlioğlu vəfat etdi

13:52 9 avqust 2026
Tuve Yanssonun möcüzəli aləmi - Onu niyə  "muminlərin anası" adlandırırdılar?

Tuve Yanssonun möcüzəli aləmi - Onu niyə "muminlərin anası" adlandırırdılar?

13:30 9 avqust 2026
"Kiçik qüsurlara istehza edəndə xeyirxah olmalıyıq..." - İrland filsofdan sitatlar

"Kiçik qüsurlara istehza edəndə xeyirxah olmalıyıq..." - İrland filsofdan sitatlar

12:30 9 avqust 2026
Dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı

Dünya ədəbiyyatının 10 qeyri-adi süjetli romanı

10:30 9 avqust 2026
"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

"Dünyada yazılmamış o qədər şeir var ki..." - Tanınmış türk ədiblərin söhbəti

12:30 8 avqust 2026
Tanınmış musiqiçi dünyasını dəyişdi

Tanınmış musiqiçi dünyasını dəyişdi

18:29 7 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər