Teymur Rzayevin yubileyi keçirilib

Teymur Rzayevin yubileyi keçirilib
28 iyun 2019
# 10:02

İyunun 27-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Əməkdar rəssamı, Türkiyənin Yeditepe Universitetinin dosenti, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Teymur Rzayevin 60 illik yubileyi münasibətilə tədbir keçirilib.

Əvvəlcə Muğam Mərkəzinin foyesində rəssamın əsərlərindən ibarət sərgiyə baxış olub.

Tədbirdə çıxış edən Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev Teymur Rzayevin fəaliyyəti haqqında danışıb. O deyib ki, istedadlı rəssam Teymur Rzayev həm də fəal ictimai xadimdir. Onun indiyədək çoxlu əsərləri sərgilənib.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Valeh Hacıyev ölkəmizdə mədəniyyət və incəsənət xadimlərinə göstərilən diqqət və qayğıdan danışıb. O, Teymur Rzayevin xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafında göstərdiyi xidmətləri qeyd edib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva bildirib ki, Teymur Rzayevin əsərləri dünyanın rəsm qalereyalarını bəzəyir. O deyib ki, Teymur Rzayev çox istedadlı rəssam, eyni zamanda, mükəmməl pedaqoqdur. Onun türk dünyasında müstəsna xidmətləri var.

Çıxışın sonunda Günay Əfəndiyeva Türk Dünyası sənət irsinin təbliğinə verdiyi töhfələrə görə Teymur Rzayeva fəxri diplom təqdim edib.

Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı təşkilatın Baş katibi Düsen Kaseinovun Teymur Rzayevə təbrik məktubunu oxuyub.

Azərbaycan Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov Teymur Rzayevin sənətkar kimi daim axtarışda olduğunu bildirib.

Sonra rəssamın 60 illik yubileyinə həsr edilən film nümayiş olunub.

Yubiley tədbiri konsert proqramı ilə davam edib.

# 4094 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər