Tarzən haqqında film təqdim olunub

Tarzən haqqında film təqdim olunub
21 iyun 2018
# 09:37

Dünən Azərbaycan Milli Konservatoriyasında tarzən, Əməkdar Artist, professor Həmid Vəkilovun yaradıcılığına həsr edilmiş “Novator” filminin təqdimatı keçirilib.

Filmin nümayişindən əvvəl ssenari müəllifi, Əməkdar Mədəniyyət İşçisi Səadət Təhmirazqızı Həmid Vəkilovun həyat və yaradıcılığından söhbət açıb. Bildirib ki, ekran əsərində tarzənin Azərbaycan Televiziyasının “Qızıl fondu”nda saxlanılan ifalarından istifadə edilib.

Sonra film təqdim olunub. Ekran əsərində Xalq Artisti, professor, Milli Konservatoriyanın rektoru Siyavuş Kəriminin, Əməkdar Artist Sahib Paşazadənin, konservatoriyanın müəllimi Məmmədəli Məmmədovun və başqalarının Həmid Vəkilovun musiqi mədəniyyətimizin töhfələrinə dair fikirlərinin söylənildiyi kadrlar yer alıb.

Filmin nümayişindən sonra çıxış edən Bəstəkarlar İttifaqının katibi, Əməkdar İncəsənət Xadimi Zemfira Qafarova novator sənətkar Həmid Vəkilovun özünəməxsus yaradıcılıq üslubundan danışıb. Vurğulayıb ki, Həmid Vəkilov tarı ilk dəfə ayaqüstə böyük məharətlə ifa edən sənətkar kimi tanınıb. Tarzənin haqqında Bariz Əsədovun “Tarda dünya musiqisi”, Əbülfət Mədətoğlunun “Yarım əsr tarla nəfəs-nəfəsə”, Rafiq Salmanovun “Tar yaşadıqca onu yaşadan sənətkarı da yaşadır”, Rafiq Hacıyevin “Novator tarzən” məqalələri musiqi ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb.

Filmin quruluşçu rejissoru Namiq Zeynalov ekran əsərində virtuoz ifaçı, novator sənətkarın canlı obrazını yaratmağa çalışdığını bildirib, Həmid Vəkilovun öz bəstələrinin olduğunu da söyləyib.

Sonda “Tar mənim həyatımdır, tar mənim, mən də tarınam!” - deyən Həmid Vəkilov tədbirin təşkilatçılarına və iştirakçılarına, filmin yaradıcı heyətinə minnətdarlığını bildirib.

# 2100 dəfə oxunub

Oxşar xəbərlər

Səidə Haqverdiyeva barədə xüsusi ittiham qaydasında şikayət üzrə qərar verildi

Səidə Haqverdiyeva barədə xüsusi ittiham qaydasında şikayət üzrə qərar verildi

18:08 2 mart 2026
Məşhur türk aktyor Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir

Məşhur türk aktyor Milli Dram Teatrının dəvəti ilə Bakıya gəlir

18:00 2 mart 2026
Növbəti konsert: “Sazın səsi, sözün nəfəsi”

Növbəti konsert: “Sazın səsi, sözün nəfəsi”

17:40 2 mart 2026
“Sehrbazlar dərəsi”  romanı Pakistanda nəşr olundu

“Sehrbazlar dərəsi” romanı Pakistanda nəşr olundu

17:20 2 mart 2026
Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq

Qəbələdə fortepiano və tar ixtisasları üzrə ustad dərsləri təşkil olunacaq

17:00 2 mart 2026
Yazıçı Zemfira Məhərrəmlinin yaradıcılığı Albaniya mətbuatında

Yazıçı Zemfira Məhərrəmlinin yaradıcılığı Albaniya mətbuatında

16:40 2 mart 2026
Ana səhifə Yazarlar Bütün xəbərlər