Vaqif Bayatlı yeni kitabını çapa hazırlayır

Vaqif Bayatlı yeni kitabını çapa hazırlayır
11 may 2018
# 12:29

"Vaqif müəllimin səhhəti gözlədiyimiz kimi çox sürətlə yaxşılaşmadı. Düzdü, həkimlər söyləmişdilər ki, beynindəki problem 6 ay və ya 2 il arasında aradan qalxmalı idi. İki il də bu ilin avqust ayında tamam olur.”

Bu sözləri olaylar.aza açıqlamasında şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlı bildirib.

O daha sonra əlavə edib: “2016-cı il avqustun 10-da beynində əməliyyat olunmuşdu. Hər halda avqusta kimi vaxtımız var. Ümid edirik ki, müalicə avqust ayına kimi daha da yaxşı nəticə verəcək. Yaxşılığa doğru proses gedir, amma elə də sürətli getmir. Yayda yenidən həkim nəzarətindən keçəcək. İnşallah, ona qədər tam sağalacağına ümid edirik. Əgər beynindəki problem aradan qalxarsa, o zaman biz həkimlərdən xahiş edəcəyik ki, ürəyinə də müdaxilə etsinlər. Ürəyindəki problem də aradan qalxsın.”

Tamam xanım qeyd edib ki, Vaqif müəllim hazırda Bakı şəhərində dincəlir. "Düşünürdüm ki, Vaqif müəllim iki il tamam olana yaxın artıq bayıra çıxacaq, gəzəcək. Amma hələ, o vəziyyətdə deyil ki, tam sərbəst çıxıb gəzsin."

Vaqif Bayatlı Odərin sözlərinə görə, müalicəni belə gec nəticə verməsinə səbəb şairin şeirləri üzərində işləməsidir:

“Çox istəyir ki, bu il yeni kitabı işıq üzü görsün. Yaradıcılığını davam elətdirir. Çoxdandı artıq şeirlər yazırdı, yığılırdı. Səhhətinə görə tam yekunlaşdıra bilmirdi. Biz tam sağalandan sonra davam etməsini təklif etdik. Amma özü qərar gəldi ki, bu il kitabı nəşr olunsun. Artıq kitabın səhifələnmə prosesi gedir. Demək olar ki, kitab artıq hazırdır. Kitabda şeirlərin səhifələnməsinə də özü şəxsən nəzarət edir."

# 1613 dəfə oxunub

Oxşar xəbərlər

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

Müğənni Rəqsanə ev dustaqlığına buraxıldı - Yenilənib

18:45 19 noyabr 2025
Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

Empiriokritisizmin qurucusu isveçrəli filosof - O, metafizikanı niyə qəbul etmirdi?

17:45 19 noyabr 2025
ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

ATV-nin keçmiş rəhbərinə 6 il həbs verildi

16:37 19 noyabr 2025
Xalq artisti Roza Cəlilova dəfn olundu

Xalq artisti Roza Cəlilova dəfn olundu

16:35 19 noyabr 2025
Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

Bakıda tanınmış özbək rəssamın sərgisi açıldı

15:46 19 noyabr 2025
Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

Münhendə Azərbaycan musiqiçilərinin əsərləri təqdim olunub

15:03 19 noyabr 2025
Ana səhifə Yazarlar Bütün xəbərlər