Xalça muzeyində Novruz tədbirləri

Xalça muzeyində Novruz tədbirləri
27 fevral 2018
# 12:37

Azərbaycan Xalça Muzeyində xalqımızın qədim milli bayramı olan Novruz bayramı münasibətilə fevralın 27-dən başlayaraq çərşənbələrə həsr olunan tədbirlər təşkil olunacaq.

Novruz bayramına qədər dörd ünsürlə bağlı olan Su, Od, Hava, Torpaq çərşənbəsi günlərində muzeydə ziyarətçilər üçün xüsusi proqramlar təqdim olunacaq.

Tədbirlər proqramında öyrədici və əyləncəli tədbirlər, o cümlədən ustad dərsləri və müxtəlif maraqlı təlimlər olacaq. Eyni zamanda, Bakı şəhərinin müxtəlif məktəblərini təmsil edən şagirdlər rəqs, mahnı, şeir və digər özfəaliyyət bacarıqlarını nümayiş etdirəcəklər. “Öyrən və əylən” rubrikasında uşaqlara Novruz bayramından öncə xalqımızın qeyd etdiyi dörd çərşənbənin hər birinin özəlliyi, ifadə etdiyi mənalarla bağlı maraqlı məlumatlar təqdim olunacaq. Bu, Azərbaycan xalqının milli mənəvi, maddi və mədəni dəyərlərini, zəngin adət-ənənələrini gənc nəslə tanıtmaq və təbliğ etmək məqsədi daşıyır.

Bununla yanaşı, muzeydə 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində martın 3-ü və 4-də muzeyin uşaq muzeyi şöbəsi tərəfindən hazırlanan xüsusi proqram təşkil ediləcək. Qadınlara hədiyyə hazırlamaq üzrə ustad dərsləri keçiriləcək, iştirakçılara müxtəlif hədiyyə və suvenirlərin hazırlanması öyrədiləcək. Bu proqramlara qatılmaq istəyənlər daha ətraflı məlumat üçün muzeylə əlaqə saxlaya bilərlər. /azertag.az/

# 2513 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər