Litvalı rejissorla görüş keçirildi

Litvalı rejissorla görüş keçirildi
19 oktyabr 2017
# 12:53

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı və Litvanın ölkəmizdəki səfirliyinin birgə təşkilatçılığı ilə oktyabrın 17-də “CinemaPlus Azerbaijan” kinoteatrında litvalı rejissor Andruis Stonysla görüş keçirilib.

Kulis.az Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, A.Stonys görüşdə tamaşaçılara rejissorluq fəaliyyətindən və yeni nümayiş olunacaq filmi haqqında məlumat verib.

Sənədli filmin Qazaxıstanda çəkildiyini bildirən rejissor deyib:

“Filmin tarixi çox sadədir. Dostum mənə Mərkəzi Asiyada Qazaxıstan, Qırğızıstan və Çinin sərhədləri arasında yerləşən Tyanşan dağında sadiq iti və pişiyi ilə 30 ildir tənha yaşayan litvalı qadın alim Ausra Revutaite haqqında danışdı. O, dəniz səviyyəsindən təxminən 3500 metr yüksəklikdə yerləşən, keçmiş sovet dövründən qalmış araşdırma stansiyasında Tuyuksu buzlaqlarında iqlim dəyişikliyini öyrənirdi. Həmin qadın ona bu cəsarəti gətirən təkliyi və sükutu sevirdi. Bu əhvalat diqqətimi çəkdi, necə ola bilər ki, insan öz həyatını çətin şəraitli dağlar, buzlaqlar qoynunda keçirsin?! Bizim nə dağımız, nə buzlağımız var. Bu qadının həyatını, keçirdiyi hissləri lentə almaq mənim üçün çox maraqlı gəldi”.

Sonra rejissorun “Buzlaqlarda qadın” filmi nümayiş olunub.

Qeyd edək ki, A.Stonys 1992-ci ildə Avropa Film, 2002-ci ildə isə Litva Milli mükafatlarına layiq görülüb.

# 2117 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər