Azərbaycanda 17 məşhur qohum tipi

Azərbaycanda 17 məşhur qohum tipi
30 aprel 2015
# 15:02

1. Demoqraflar: Hər dəfə sizi görəndə oğlansınızsa “niyə evlənmirsən?”, qızsınızsa “istəyənin yoxdur” deyə soruşanlar. Onların əlindən xilas olmaq mümkünsüzdür, çünki evlənsəniz “bi şey-mi şey yoxdur?” deyə özəl həyatınızı istila edərlər. Bir uşağınız oldu, amma hücumlar davam edir: “İkincini istəmirsiz?”, “Birin də doğ, bəsdi”... Bu tip insanlar həyatınızın sanki kənar gözüdür, həmişə sizi nəzarətdə saxlayırlar, dəxilsiz məqamlarda qarşınıza çıxırlar.

2. Sosial şəbəkələrdə bezdirən tiplər: Tutaq ki, Bertold Brextdən yazı paylaşmısınız, altına “xalan sənə qurban” yazırlar. Və bu da sizin yaratmaq istədiyiniz imicə zərbə endirir...

3. Toyda dava salanlar: Hər nəsildə mütləq bu cür adamlar olur. Toyu onlardan qorumaq üçün adətən onları bir adama tapşırırlar. Lakin o adam nə eləsə də o dava mütləq salınacaq.

4. Toyda bozbaş, yasda halva bişirənlər: Bu adamları heç kim bu vəzifəyə təyin etməyib. Lakin yas düşən kimi o adam tiyan başına keçir. Hər gün gördüyü iş kimi... Ya da toyda işlər bölünəndə sorğu-sualsız bozbaş o adama tapşırılır.

5. Erkən elçilər: Sizin 5 yaşınız var, amma bu qohumlar “Səni oğluma alacam”, “Qızımı sənə verəcəm” deyirlər. 25 yaşınız olanda isə bu vəd nə sizin yadınıza düşür, nə də o onların.

6. Yalnız toyda və yasda görüşənlər: Nə siz onların evində olmusunuz, nə də onlar sizin. Hər halda yadınıza gəlmir. Amma toyda, yasda o adamları mütləq görürsünüz.

7. Yoxsul olduğu üçün heç kimin sevmədiyi adamlar: Bu adamları nədənsə çox sevməzlər, amma yasda da, toyda da bu adamlar həmişə həvəslə iştirak edərlər.

8. Qovşaq: Bütün qohumlar haqda məlumatı olanlar. Kimin qızı kimə ərə gedib, kirayədə qalır, yoxsa öz evləridir, əmioğlunun qaynı harada işləyir, bacıoğlunun qaynanası hansı məktəbdə müəllimədir. Bu tiplər belə informasiyaları çox dəqiq bilirlər və hamı onlardan məlumat kitabçası kimi istifadə edir.

9. Mən görəndə bapbalaca idin: İyirmi il keçib, amma qohumunuz sizi hələ də burnunu qolu ilə silən uşaq kimi təsəvvür edir. Əlbəttə ki, belə anlarda “20 il keçib, böyüməli deyildim?” demək şansınız da yoxdur. Sadəcə gülümsəyirsiniz...

10. Eyni yerdən 5 dəfə öpənlər: Belələri adətən qadınlardır. Onlar sizi elə həsrətlə qucaqlayıb öpürlər ki, bu sizi darıxdırır. Əlbəttə ki, sevgidən edirlər. Lakin sevgi də su kimidir, artığı ziyan olur.

11. Kənddən əliboş sovqatsız şəhərdə yaşayan qohumunun evinə gələnlər: Onların adətən işi düşəndə şəhərdəki qohumunu yada salır. Qapıdan içəri girən kimi ilk sözü bu olur: Tələsik çıxdım, yoxsa sizə toyuq-cücədən bir şey gətirəcəkdim.

12. Çağırılmamış qonaqlar: Onlar günün istənilən vaxtında qapını döyə, vaxtsız gəlişləri ilə səhər səni yatağında tuta bilər. Hələ də yataqda olduğun üçün səni məzəmmət də edir. Sanki günah onun sənin evinə erkən, xəbərsiz gəlməyində yox, sənin öz yatağında yatmağındadır.

13. Qabaqdangəlmişlər: Zəng edəndə və yaxud görüşəndə qabaqdangəlmişlik edib, “Niyə axtarmırsız, niyə soyuqsunuz?” deyib, adamı duran yerdə töhmətləyənlər. Əlbəttə, bu görüşdən sonra daha ona dünyada zəng etməzsiniz.

14. Mehribançılıq üçün ümumi düşməni ustalıqla tapıb yüksək sürətlə qeybətə keçənlər: Söhbətin axırında belə çıxır ki bu nəsildə iki müqəddəs adam var - biri siz, biri də o...

15. İkilikdə oturduğunuzda əlini, ya da kürəyini sevgiylə oxşayıb-ovan yaşlı qadınlar. Bibilər və ya xalalar. Bu insansevər qohumlar adamla individual şəkildə maraqlanır, dərdini soruşurlar. Sonda mütləq sülhməramlı nəsihət edirlər.

16. Narazılar: Bu tiplər üçün hər şey məhv olub gedir. Hər şeydən gileylənirlər. Kasıbçılıqdan, dövlətdən, qonşudan, ermənilərdən, ruslardan və təbii ki, sağlamlıqlarından.

17. Loğmanlar: çarəsini bilmədikləri xəstəlik yoxdur. Həkim-xəstəxana boş şeydi. Onların qonşuları, uzaq qohumları, yaxud qohumlarının tanışı filankəs filan-filan çiçəklər-otlarla böyrəyinin daşını salmadımı? Təzyiqi, şəkəri müalicə eləmədimi?

Allah sizə səbr versin...

# 1341 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #