XXI əsrin hekayəsi: Həyəcanlı an

XXI əsrin hekayəsi: Həyəcanlı an
21 avqust 2019
# 18:20

Kulis.az Abid Tahirlinin “Həyəcanlı an” hekayəsini təqdim edir.

Çəkisinə, boyuna, yaraşığına layiq olsa da, Dəmirə nədənsə, nə doğulanda, nə də qırxı çıxanda “Ay maşallah” - deyib oxşayan olmadı. Bu söz ona ilk dəfə iki aylığında deyildi. Yaxın qohumlarından biri Dəmirə sürpriz hədiyyə aldı: smartfon telefon. Atası bahalı hədiyyəyə görə qohuma dil-ağız etdi, sonra telefonu açdı, internetdən bir multfilm tapdı və telefonun ekranının körpəyə yaxınlaşdırdı. Bu zaman bəbə əl-ayağını tərpədib, gözlərinin ekrana zillədi. Deyəsən, oradakı hərəkətlər körpənin ürəyincə olmuşdu. O, əvvəlcə ağzını büzdü, sonra üzündə bir təbəssüm yarandı. Bundan sevincək olan ata qürurla dilləndi: “- Ay maşallah! “. Qohum da özündən razı halda gülümsədi: -“Deyəsən, uşağın xoşuna gəldi”.

Smartfon telefondan sonra ailədə yeni dönəm başladı: Dəmir ağladı, tez telefonu ver. Dəmir yemək yemədi, telefonu aç. Dəmir iynə vurmağa qoymur, telefonla başını qarışdır. Dəmir dəcəllik edir, telefonu göstər. Dəmir yatmır, telefonu işə sal. Toyda, yasda, yolda Dəmiri ram etməyin ən rahat və sakit üsulu smartfon telefon oldu. Bu minvalla Dəmir böyüdü, bığ yeri tərlədi. Orta məktəb sinfində, ali məktəb auditoriyasında, avtobusda, metroda, süfrə arxasında, yol keçəndə, bir sözlə, yatanda, duranda - hər zaman telefon Dəmirdə, qulaqcıqlar da öz yerində. Dəmirin bu vəziyyəti yavaş-yavaş yaşlaşan valideynlərini qayğılandırmağa başlamışdı. “Ay bala, idmana get, dil kurslarına yazıl, vaxtında yat, vaxtında dur”- kimi öyüd-nəsihətlər adiləşmişdi.

Dəmir isə heç nə olmamış kimi öz işində idi. Hər gün yeni oyunlar, sosial şəbəkələrdə yazışmalar, smayliklər, kommentlər, layklar... Bir gün atası növbəti dəfə Dəmirə “A bala, gecə keçir, işığı söndür, yat”- dedi. Dəmir : “Ata, beş dəqiqəyə qurtarıram, qoy bu oyunu bitirim, yataram”- deyib “Çılğın döyüşçülər” oyununu davam etdirdi. Bu oyun qurtarmışdı ki, Dəmirin whatsappına dostundan mesaj gəldi. O, “Dino strike” oyununa dəvət edirdi. Dəmir məmnuniyyətlə razılıq verdi. Bir saat sonra atası əsəbi halda “A bala, saat 3-dür, sən nə vaxt yatacaqsan, söndür onu”-dedi. Dəmir yenə “Ata, az qalıb, bu dəqiqə qurtarır, ən həyəcanlı yeridir”- deyib davam etdi. Daha yarım saat keçdi. Bu dəfə yataq otağından Dəmirin anası fəryad qopardı: “Dəmir, ay Dəmir tez gəl, atan özünü pis hiss edir. Tez həkim çağır...”

# 3192 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər