“YUĞ” mövsümü “Lənət”lə açacaq

“YUĞ” mövsümü “Lənət”lə açacaq
28 avqust 2019
# 18:45

Azərbaycan Dövlət “YUĞ” Teatrı mövsümü sentyabrın 28-də U.Şekspirin “III Riçard” əsəri əsasında hazırlanan “Lənət” tamaşası ilə açacaq.

Yeni redaksiyada təqdim olunacaq tamaşada cəmi dörd obraz iştirak edəcək.

Səhnə əsəri bolqar rejissoru Xristo Stoyçevin quruluşunda təqdim olunacaq.

Teatrın ədəbi hissə müdiri Elçin Cəfərov deyib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən Beynəlxalq Teatr Konfransı Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyasına və beynəlxalq əməkdaşlıq əlaqələrinin qurulmasına böyük töhfələr verib: “Beynəlxalq Teatr Konfransı zamanı tanış olduğumuz və yaradıcılıq əlaqələri qurduğumuz sənətçilərdən biri – bolqar rejissor Xristo Stoyçevlə növbəti yaradıcılıq əməkdaşlığı ilə bağlı görüşümüz olub. Xristo Stoyçev maraqlı dünyagörüşü və sənət təfəkkürü ilə seçilən, Azərbaycan mədəniyyətinə böyük rəğbət bəsləyən sənətçilərdəndir. Rejissorun 2000-ci ildə Lənkəran Dövlət Dram Teatrında hazırladığı “Mizantrop” tamaşası mütəxəssislər tərəfindən yüksək qiymətləndirilib. İnanırıq ki, bu beynəlxalq layihənin həyata keçirilməsi həm “YUĞ” Teatrının yaradıcı inkişafı, həm də Azərbaycan teatrının dünya teatr məkanına inteqrasiyası baxımından mühüm əhəmiyyət kəsb edəcək”. /azertag.az/

# 3774 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər