Dünyanın ən hündür zalı açılıb

Dünyanın ən hündür zalı açılıb
31 iyul 2019
# 16:40

Dünyanın ən böyük göydələni olan məşhur Bürc Xəlifədə 585 metr yüksəklikdə yerləşən və üç mərtəbədən ibarət istirahət məkanı açılıb.

The Lounge Burj Khalifa adlanan bu istirahət məkanında qonaqlara nəfis yeməklər təklif olunur və onların qarşısında şəhərin gözəl mənzərəsi açılır. Bu yerin dostları ilə, yaxud ailəvi dincəlmək istəyənlərin ən çox axın edəcəyi istirahət məkanına çevriləcəyi gözlənilir.

Göydələnin üç mərtəbəsi tamamilə dəyişdirilib və burada qonaqlara bir neçə mərtəbə aşağıda yerləşən Armani Hotel Dubai restoranının mətbəxindən müxtəlif içkilər və yeməklər təklif edilir. Açıq terrasın da olduğu yeni məkanın Dubayın ən çox yerli sakini və əcnəbi turisti qəbul edəcək yerlərinin siyahısına əlavə olunacağı ehtimal olunur. Mərtəbələrin hər birində şəhərin ecazkar mənzərəsini tamamilə yeni perspektivdən görmək mümkündür. Burada zalların tərtibatında cüzi fərqlər var. Belə ki, 154-cü mərtəbədə qonaqları furşet gözləyirsə, digərlərində qəhvə masalarının arxasında və ənənəvi ərəb məclisləri üslubunda olan divanda istirahət etmək olar.

Yeni məkana gələn turistlər üçün müxtəlif tədbirlər də nəzərdə tutulub. Məsələn, saat 12:30-la 16:00 arasında “buludlarda” gündüz çay süfrəsi təklif olunur. Siz ləzzətli isti içkilər və desertlərdən zövq almaqla yanaşı, şəhərin qeyri-adi mənzərəsini də seyr edə bilərsiniz. Gündüz çay süfrələrinə biletin qiyməti adambaşına 550 dirhəmdir (150 dollar). Biletə un məmulatları, nəfis desertlər, yüksəkkeyfiyyətli çay və müəssisənin hazırladığı xüsusi içki daxildir. /azertag.az/

# 3429 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər