Mikayıl Müşfiq yad olunacaq

Mikayıl Müşfiq yad olunacaq
4 iyun 2018
# 16:31

İyunun 5-də Xızı rayonunun Sayadlı kəndində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin 110 illiyinə həsr olunan “Mən şirin ləhcəli bir bülbüləm” adlı tədbir keçirəcək. Unudulmaz şairin ata ocağında təşkil olunacaq tədbir Mədəniyyət Nazirliyinin dəstəyi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası və Abşeron rayon Mehdiabad qəsəbəsi 4 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə reallaşacaq.

Kitabxanadan Azərtac-a bildirilib ki, tədbirin keçirilməsində məqsəd uşaqlarda mütaliə marağını artırmaq, onlarda ədəbi zövqü inkişaf etdirmək, habelə Azərbaycan ədəbiyyatının əqidəsindən dönməyən görkəmli nümayəndələrini onlara tanıtmaqdır.

Poeziya bayramına çevriləcək tədbirdə Mədəniyyət Nazirliyinin, rayon ictimaiyyəti nümayəndələrinin, eləcə də şairin ecazkar poeziyasının pərəstişkarlarının iştirakı nəzərdə tutulur.

# 2693 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər