"Sükutun dili" çap olundu

"Sükutun dili" çap olundu
29 iyun 2015
# 12:35

Cəlilabad rayonunda uzun illərdir pedaqoji fəaliyyətlə məşğul olan şair Zülfi Vellidağın şeirlər kitabı işıq üzü görüb. Kulis.az-ın xəbərinə görə, oxuculara təqdim olunan "Sükutun dili" müəllifin ilk kitabıdır.

Kitabda müəllifin ictimai, siyasi, fəlsəfi və s. mövzularda yazdığı şeirlər, təmsil və bayatılar toplanıb.

Qeyd edək ki, Zülfi İbrahim oğlu Məcidli (Vellidağ) 12 fevral 1951-ci ildə Cəlilabad rayonunun (keçmiş Astarxan-bazar) Şatırlı kəndində ziyalı ailəsində anadan olub. 1964-cü ildə Şatırlı kənd səkkizillik məktəbini, 1966-cı ildə isə Ləkin kənd orta məktəbini bitirib. 1967-ci ildə N.Tusi adına APU-nun (keçmiş V.İ.Lenin adına APİ-nin) filologiya fakültəsinə daxil olub. 1968-ci ildən təhsilini davam etdirməklə bərabər, pedaqoji fəaliyyətə başlayıb, bədii yaradıcılıqla məşğul olub. "Əmək nəğməsi" adlı ilk şerini (1970) xalq şairi S.Vurğunun yaradıcılığından təsirlənərək yazıb. Şerləri ara-sıra "Taxılçı", "Yeni gün", "Münasibət", "Sovet kəndi", "Azərbaycan gəncləri", "Ədəbiyyat və incəsənət" qəzetlərində, həmçinin "Ulduz", "Sözün işığı", kimi ədəbi-bədii jurnallarda dərc edilib. Qazaxıstanda Azərbaycan və qazax dillərində çıxan "Otan" qəzeti onun yaradıcılığının xüsusi bir səhifə həsr edib.

# 2470 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər