Havayı yaşamağın 10 yolu

Havayı yaşamağın 10 yolu
22 aprel 2015
# 10:45

Kulis “Onun 10-nu” layihəsindən “Havayı yaşamağın 10 yolu”nu təqdim edir.

1. Maaşı dünən almısız, yenə də səhər evdən çıxanda çalışın cibinizdə 1 manatdan artıq pul olmasın. Dostlarla harasa oturmağa gedəndə "Pulum yoxdur" desəniz özləri anlayacaqlar. Bir müddət sonra isə özləri də buna öyrəşəcəklər, “atışmaq” lazım gələndə sizdən qəpik də istəməyəcəklər. Başa düşün, havayı yaşamağın yolu, puldan imtinadan başlayır.

2. Həmişə gözdə-qulaqda olun, təzəlikcə kim ölüb, kim qalıb öyrənin. Heç bir yas mərasimini qaçırtmayın. Rayon yerində yaşayırsınızsa çalışın nahar vaxtı hüzrə gedin. Şəhər yerində belə bir problem yoxdur. Çünki nə vaxt getsən, qabağına bir boşqab aş gətirib qoyurlar. Düzdür, axır vaxtlar yas məclislərində yemək məsələsi yığışdırılıb, amma yox yerdən çayla halva da qənimətdir.

3. Tum, kola və sair ərzaq məhsulları alanda diqqətli olun. Tumun içində uduşlu kupon, kolanın qapağında pulsuz bir şüşə içki ola bilər.

4. Havayı yemək tapmaq məsələsi bir az qəlizdir, necə deyərlər, mövsümlə bağlı şeydir. Bəzi əlamətdar günlər var ki, o ərəfədə Bakıda havayı yemək tapmaq asandır. Məsələn, 21 Mart günü İçəri şəhərdə keçirilən tədbirlərdə havayı lülə, tikə kabab yeyə bilərsiz. Aşura günü pirlərə ziyarətə getsəniz ən azı halva-yuxa yeyə bilərsiz. Bəzi mərasimlərdə tort yemək şansı da yaranır.

5. Bizimkilərin bir o qədər yox, amma xarici təşkilatların, şirkətlərin təşkil etdiyi tədbirlərdən heç vaxt imtina etməyin. Rəsmi hissədən sonra ən azı kofe-breyk olur, mən hələ İsveç masasını demirəm.

6. Unutmayın, ildə heç olmasa bir dəfə kino festivalları keçirilir. Bu zaman kinoteatra giriş pulsuz olur. Eybi yox, qoy lap Anqola filmləri olsun, əsas odur, biletsiz gedin, baxın.

7. Bu müğənnilərin konsert biletləri də o qədər baha olur ki. Qəddardırlar. Belə amansızlıq olmaz. Təsəvvür edin, Heydər Əliyev adına sarayında ən sonuncu sıraya biletin qiyməti 20 manatdır. Necə alasan? Buna da çarə var. Dövlət tədbirlərini qaçırmayın. Milli parkda, Bakıdakı rayonların mərkəzi parklarında belə konsertlər mütəmadi şəkildə keçirilir və əlçatmaz bildiyimiz müğənnilər gəlib ən azı bir mahnı oxuyurlar.

8. Bu bənd yazıçı-şair tayfasına aiddir. Odur ki, başqa peşənin sahibləri adlasa da olar. Kitab təqdimatlarını heç vaxt qaçırmayın. Özü də çalışın tədbir başlamamışdan 5-10 dəqiqə qabaq orda olasınız. Sonra tədbirdəkiləri nəzərdən keçirin, müxtəlif qruplara yaxınlaşıb hal-əhval tutun, gizli-gizli müşahidə aparın. Əgər hiss etsəniz ki, üfüqdə qonaqlıq görünmür, onda tədbirin axırına yaxın səbəbkarın yaxınından bir addım da çəkilməyin.

9. Yaxın qohumlarla diqqətli olun. Toya pul göndərib getməyə vaxt tapa bilməyənlər ola bilər! Bundan gözəl fürsət təsəvvür edirsinizmi? Həm havayı yeyib-içir, həm də təşəkkür alırsınız. Hətta fərasətiniz olsa, toydan “paxmel” üçün araq da çırpışdıra bilərsiniz.

10. Əgər bunların heç birini havayı əldə edə bilməsəniz üzülməyin. Ən azından aldığınız hava havayıdır. Möhkəm olun!

Əvvəlkilər:

Mütaliəni sevənlərin bildiyi 10 həqiqət

Sevgilini unutmağın 10 yolu

Azərbaycanlı sürücülər haqqında 10 fakt

# 1549 dəfə oxunub

Oxşar xəbərlər

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

Evində timsah saxlayan şair - O niyə milçəyinin dəfninə milyon dollar xərcləmişdi?

17:00 23 noyabr 2024
Bütün qazancını buna xərcləyir

Bütün qazancını buna xərcləyir

14:39 23 noyabr 2024
Mehriban Xanlarova:  "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

Mehriban Xanlarova: "Yerə yıxılanda doğrudan yıxılıram, şillə vurulanda doğrudan o mənə dəyir"

13:00 23 noyabr 2024
Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub

12:23 23 noyabr 2024
Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

Bizim insanların mənəviyyatını korlayan budur! - Aqşin Yenisey

11:31 23 noyabr 2024
Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

Daş kitabələr, Coşın qalası, petroqliflər... - Səttarxanın doğulduğu şəhərdə nələr var?

11:12 23 noyabr 2024
# # #