Yesenin anıldı

Yesenin anıldı
3 oktyabr 2016
# 15:57

Oktyabrın 1-də Azərbaycan Yaradıcılıq Fondunda, fondun Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə birgə həyata keçirdiyi “Sönməyən Ulduzlar” mənəvi və sosial yardım layihəsi çərçivəsində dahi rus şairi Sergey Yeseninə həsr olunmuş tədbir keçirilib. Kulis.azın məlumatına görə “Əlvida Bakı” adlı tədbir “Bir aktyorun teatrı” formasında təşkil olunub.

Ədəbi-musiqli gecəni Fond sədrinin birinci müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı açıq elan edib.

Rafiq Kaşanlı qeyd edib ki, 2016-cı ilin oktyabrın 3-də Sergey Yeseninin 121 yaşı tamam olur. Sergey Yesenin ən lirik rus şairlərindən hesab edilir. O, 1924-1925-ci illərdə bir müddət Bakıda olub, yaradıcılığının ən məhsuldar dövrü də demək olar ki, bu vaxta təsadüf edir.

Gecədə dahi rus şairinin əsərlərindən “Anaya məktub”, “Cavab”, “Qadına məktub”, “İran nəğmələri”, “Qara adam” və başqaları səsləndirilib. Tədbirdə maraqlı video materiallar da nümayiş etdirilib.

Gecədə şair Vahid Əziz, əməkdar incəsənət xadimi, professor, bəstəkar Azər Dadaşov, Rus icmasının sədr müavini Lubov Yakunina, əməkdar mədəniyyət işçisi İldırım Qasımov, jurnalist Hacı Rafiq çıxış ediblər.

# 2441 dəfə oxunub

Oxşar xəbərlər

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

Buxaranın daş yaddaşı: əsrlərdən gələn Azərbaycan izi - Reportaj

18:20 25 avqust 2026
Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

Milli Kitabxanada “Beynəlxalq Azərbaycan Muğamı Günü” sərgisi

17:50 25 avqust 2026
Məşhur serialın çəkilişləri başladı

Məşhur serialın çəkilişləri başladı

17:30 25 avqust 2026
Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

Məşhur repçinin Rusiya konserti təxirə salına bilər

17:00 25 avqust 2026
Türkiyədə 11 min illik heykəl tapıldı

Türkiyədə 11 min illik heykəl tapıldı

16:30 25 avqust 2026
Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

Mühasirədən qalan çörək, Afrika maskaları, tarakanlar... - Dahilərin qəribə kolleksiyaları

15:30 25 avqust 2026
#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər