Kişi sözü

Kişi sözü
11 fevral 2016
# 13:52

Fədakar qadınlarımızla bağlı çox yazmışam. Bu dəfə bəzi kişilərimizdən daha doğrusu onların verdiyi sözlərdən danışmaq istəyirəm. Kişi sözü, bir vaxtlar bu söz birləşməsinin ağır yükü, dəyəri var idi. İndi isə nəinki bu söz birləşməsinin heç bəzi kişiləri özlərinin çəkisi, dəyəri qalmayıb.

Mən çəki, dəyər deyəndə onların kök və ya arıq olmasını nəzərdə tutmuram. Əksinə zənnimcə, hərfi mənada götürsək cəmiyyətimizdə yüksək vəzifə tutan kifayət qədər yekə qarınlı, piyli-buxaqlı kişilərimiz var. Nə isə, işim onların çəkisi ilə deyil, verdiyi sözlərlə bağlıdır. Hərçənd bu da müzakirə mövzusu ola bilərdi.

Qısacası, mənim aləmimdə kişi evin, ailənin, cəmiyyətin dirəyidir. Söz sahibidir. Hələ yüksək vəzifə tutursa bu məsuliyyət iki qat artmalıdır. Kişi sadəcə əks cinsin nümayəndəsinə deyilmir. Mənə görə, o xarakter olmalıdır. Kişi kimi, kişi xarakterli qadınlar da ola bilər. Zənnimcə bu gün cəmiyyətimizdə kifayət qədər belə qadınlarımız var.

Əlqərəz, kişi sözünün sahibi olmalıdır. Verdiyi sözdən boyun qaçırıb gizlənməməlidir. Hələ bu söz qadın qarşısında verilibsə... Mənim aləmimdə belə kişilər ətək geyinib gəzsələr daha yaxşı olar. Son bir neçə ildə ətrafımda baş verənləri müşahidə edərək bəzi kişilərin xarakteristikasını vermək istəyirəm.

a) Verdiyi söz qarşılığında aciz qalıb siçan tək qadından gizlənənlər

b) Dini əlində alət edib öz kefinə görə ondan istifadə edən, qadınları əzib öz hegemonluğunu sübut etdirmək istəyən cılız kişiciklər

c) Başqaları tərəfindən idarə olunan marionet kişilər

d) Caza qulaq asıb, bahalı içkilər içərək özünü Avropa təfəkkürlü göstərməyə çalışan, amma etdiyi əməllərlə dünya görüşünün Biləcəridən o tərəfə keçmədiyini sübut etdirən “elit kişilər”

e) Nəhəng kabinetdə oturan, qarnın yekəliyindən siması görünməyən, gözü onun bunun qadınında olan, verdiyi sözü işçi kabineti tərk edən kimi dəyişən vəzifəli kolxoz kişilər.

Əgər kimsə burada öz prototipini tapdısa məndən inciməsin. Yazıda konkret heç kim hədəf alınmayıb. Bu, sadəcə son illər apardığım müşahidələrin nəticəsidir. Yox əgər israrla yazıdakı qəhrəmanlardan birinin özünüz olduğunuzu düşünürsünüzsə o zaman demək siz həmin o əclafsınız.

P.S. Yazıdakı hədəfim bütün kişilər deyil. Bu gün cəmiyyətimizdə kifayət qədər söz sahibi, mərd, namuslu, ədalətli kişilərimiz var. Və onlar kifayət qədər hörmətə layiqdir. Niyyətim, cəmiyyətimizdə öz əməlləri ilə nifrət qazanan bəzi nadanların prototipini verməkdir. Bunları yazmasaq gələcəkdə tarix bizi gördüyümüz nöqsanları yazmadığımıza görə qınayacaq.

# 3929 dəfə oxunub

Oxşar xəbərlər

Şahzadə Harri:  "Xoşbəxt olanda anama xəyanət etdiyimi  düşünürdüm"

Şahzadə Harri: "Xoşbəxt olanda anama xəyanət etdiyimi düşünürdüm"

14:36 10 oktyabr 2026
2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

2026-cı ilin ən populyar "gənclik sözü" seçilir: "Crashout", "Ragebait", yoxsa "Peak"?

13:37 10 oktyabr 2026
Ruzbeh Məmmədin yeni kitabı çap olundu

Ruzbeh Məmmədin yeni kitabı çap olundu

12:33 10 oktyabr 2026
BBC-də 50 illik tarixə son:  Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

BBC-də 50 illik tarixə son: Məşhur proqramlar büdcə kəsintisinin qurbanı oldu

12:06 10 oktyabr 2026
Hollivud aktyoruna silahlı basqın:  "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

Hollivud aktyoruna silahlı basqın: "Sevimli yalançılar"ın ulduzu vəhşicəsinə döyülərək soyuldu

11:00 10 oktyabr 2026
Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

Qızının faciəsindən sonra danışa bilmədi – Nuriyyə Əhmədovanın həyatını dəyişən gün

10:30 10 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər